Liene Atvara 2 aprel 1993-cü ildə Latviyanın küləkli şəhəri Liepayada anadan olmuş müğənni, bəstəkar və mahnı müəllifidir. O, sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında musiqi, marketinq və yumor mövzulu paylaşımları ilə tanınır. Atvara özünü ilk növbədə müğənnidən çox “musiqiçi” hesab edir və sosial mediada necədirsə, real həyatda da eyni insan olduğunu bildirir.
Uşaqlıqdan musiqiyə böyük maraq göstərən Atvara təxminən 5 yaşında olarkən anasına gələcəkdə müğənni olacağını deyib. O, hələ ingilis dilini başa düşmədiyi dövrdə belə ingiliscə mahnılara qoşularaq oxuyurdu. Liepayada xor sinfini bitirdikdən sonra dirijorluq ixtisası üzrə təhsil almağa başlayıb. Lakin təhsilinin üçüncü ilində bunun onun üçün uyğun sahə olmadığını anlayıb. Daha sonra “Jāzepa Mediņa Rīgas Mūzikas vidusskola” tərəfindən təşkil olunan düşərgədə iştirak edib və bu təcrübədən sonra təhsilini davam etdirmək üçün Riqa şəhərinə yollanıb. O, həmin məktəbi caz vokalı ixtisası üzrə bitirib.
Liene Atvara uzun illər digər ifaçılar üçün mahnılar yazıb və bu sahədə uğur qazanıb. Onun yazıçılarından biri olduğu “Be My Truth” adlanan mahnısı Toms Kalderauskis tərəfindən səsləndirilərək “Supernova 2020″də iştirak etmiş lakin finala vəsiqə qazana bilməmişdir.
Atvara bir müddət sonra öz musiqi üslubunu dinləyicilərə təqdim etməyin vaxtının çatdığını anlayıb. O, “Dziedošās giemīnes”, “Koru kari” and “X factor” kimi müsabiqələrdə iştirak edib. Müğənninin 2024-cü ildə işıq üzü görən debüt sinqlı “Pie manis tveries” dinləyicilər tərəfindən gözlənilmədən böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş yayılıb.
“Pie manis tveries” sinqlının uğurundan sonra bir çox musiqiçi onunla əməkdaşlıq etməyə can atıb. Atvaranın ilk düeti 2025-ci ilin fevralında yayımlanıb.
Atvaranın ötən il yayımlanan albomu ilk sinqlı kimi Latviyada böyük azarkeş toplayıb və müğənnin gələcəyi uğrunda böyük addımlarından biri olub.
2025-ci ilin sonlarında Atvara daha öncə yazıçı olaraq yer aldığı Latviyanın Avroviziya mahnı müsabiqəsi üçün ənənəvi milli seçim turu “Supernova”da iştirak etmək qərarı alıb. Bu qərar onu məyus etməyib. Belə ki, o, 14 fevral yayımlanan final gecəsində “Ēnā” birinci olub. Bununla da, Atvara Latviyanı 70-ci Avroviziya mahnı müsabiqəsində təmsil etmək hüququ qazanıb.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






