Latviyada bu axşam keçirilən “Supernova 2026” milli seçim turunun qalibi müəyyənləşib. Səsvermənin nəticələrinə əsasən, Atvara “Ēnā” adlı mahnı ilə qalib gələrək ölkəsini “Avroviziya 2026” mahnı müsabiqəsində təmsil etmək hüququ qazanıb.
Final mərhələsində 10 ifaçı mübarizə aparıb. Qalib tamaşaçı səsverməsi və Latviya İctimai Televiziyası – Latvijas Televīzija tərəfindən təyin olunmuş peşəkar münsiflər heyətinin səslərinin birləşdirilməsi ilə müəyyən edilib.
Atvaranın ifası gecənin ən çox müzakirə olunan çıxışlarından biri olub. “Ēnā” mahnısı emosional musiqisi və səhnə quruluşu ilə seçilərək həm münsiflərin, həm də tamaşaçıların rəğbətini qazanıb. Sosial şəbəkələrdə də ifaçı favoritlər sırasında göstərilirdi və onun qalib gəlmək şansının yüksək olduğu bildirilirdi.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






