Bu gün uzun fasilədən sonra Avroviziya mahnı müsabiqəsinə qayıdan Bolqarıstan öz təmsilçisini seçməyə başlayır.
Ölkə bu məqsədlə üç canlı şoudan ibarət milli seçim formatı müəyyən edib. Seçim prosesi həm ifaçının, həm də mahnının müəyyənləşdirilməsini əhatə edəcək.
Milli seçimin ilk iki şousu Bolqarıstanı Avroviziya 2026-da təmsil edəcək ifaçının seçilməsinə həsr olunub. Bu mərhələlərdə iştirakçılar münsiflər heyəti və tamaşaçıların səsverməsi nəticəsində finala yüksəlmək uğrunda mübarizə aparacaqlar. Üçüncü və son şouda isə artıq seçilmiş ifaçının Avroviziya səhnəsində səsləndirəcəyi mahnı müəyyən ediləcək.
“Natsionalna Selektsiya 2026 – Artist: Semi-final” mərhələsi bu gecə Bakı vaxtı ilə saat 23:00-da Bolqarıstanın ictimai yayımçısı “BNT” kanalında canlı yayımlanacaq. Gecənin aparıcıları Georgi Lyubenov və Boryana Gramatikova olacaq. Səhnəarxası reportajları isə Vladimira Ilieva təqdim edəcək.

Yarımfinalda 15 ifaçı səhnəyə çıxaraq daha əvvəl yayımlanmış mahnılarından birini ifa edəcək. İştirakçıların siyahısı belədir:
- Dara;
- Dara Ekimova;
- Dia;
- Elizabet;
- Fiki;
- Innerglow;
- Kerana & Cosmonauts;
- Mihaela Fileva;
- Mihaela Marinova;
- Molec;
- Mona;
- Preyah;
- Roksana;
- Vall;
- Veniamin.
Yarımfinalın nəticələri ikimərhələli səsvermə əsasında müəyyən ediləcək:
- 5 nəfərdən ibarət münsiflər heyəti hər ifaçıya 1-dən 5-ə qədər bal verəcək;
- Onlayn səsvermə zamanı isə iştirakçılar 15, 14, 13 və azalan ballarla qiymətləndiriləcək.
Şounu canlı olaraq yayımçı kanalın saytında və ya “Youtube” platforması üzərindən izləyə bilərsiniz.
Qeyd edək ki, Avroviziya tarixində uğurlu ölkələrdən sayılan Bolqarıstan ən yaxşı nəticəsini 2017-ci ildə əldə edərək 2-ci olub.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






