“Avroviziya 2026” müsabiqəsində İsveçrəni təmsil edəcək olan Veronica Fusaro 1997-ci il 23 apreldə İsveçrənin Thun şəhərində anadan olmuşdur. O, İsveçrədə müğənni və mahnı yazıçısı kimi tanınır.
Veronica öz karyerasında ilk addımı 2014-cü ildə “The Voice of Switzerland” (O Səs İsveçrə) yarışmasında atmışdır. O, “A Night Like This” adlı mahnını ifa edərək münsiflərin diqqətini çəkmiş, beləliklə münsiflərdən biri olan Stefanie Heinzmann’ın komandasına qoşulmuşdur, lakin müsabiqənin sonrakı mərhələlərində məğlub olmuşdur.
Karyerasının sonrakı addımları olaraq Veronica 2016-cı ildə İsveçrə radio kanalı “SRF 3” tərəfindən may ayında “Ayın müğənnisi” adını qazanmışdır. Sonra isə o 2018-ci ildə hər il keçirilən “Swiss Music Awards” seremonisində çıxış etmişdir. Veronica Fusaronu ən məşhurlaşdıran haidsələrdən biri 2019-cu ildə yayımladığı “Rollercoaster” mahnısı olmuşdur. Eyni zamanda həmin ildə o “Glastonbury Festival”da da iştirak etmişdir.
Nəhayət, 2026-cı ildə Veronica Fusaronun İsveçrənin “Avroviziya 2026” təmsilçisi olacağı məlum olmuşdur. Qeyd edək ki, onun Vyana səhnəsində səsləndirəcəyi mahnı 11 mart tarixində ictimaiyyətlə paylaşılacaq.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






