Tanış Ol – AIDAN

“Avroviziya 2026″nın Malta təmsilçisi Aidan Cassar 17 Dekabr 1999-cu ildə Maltada anadan olmuşdur.

Aidan karyerasında ilk addımı 2015-ci ildə keçirilən “Malta Junior Eurovosion Song Contest” adlı milli final müsabiqəsində atmışdır. Qeyd edək ki, həmin il Malta öz Uşaq Avroviziya təmsilçisini bu müsabiqə yolu ilə seçmiş və müsabiqədə Aidan 8-ci yerə layiq görülmüşdü.

2018-ci ildə keçirilən “Malta Eurovision Song Contest 2028”də müğənni “Dai Laga” adlı mahnısı ilə iştirak etmiş və 4-cü yerə layiq görülmüşdü.

Daha sonra Aidan “X factor Malta“, “Mużika Mużika” kimi müsabiqələrdə də iştirak edib

Aidan 2022-ci ildə bir daha Maltanın milli seçimlərində şansını sınamışdı. “Ritmu” adlı mahnısı ilə Avroviziya fanatlarının diqqətini çəkən Aidan, milli finalda favoritlərdən biri olmasına baxmayaraq müsabiqədə 2-ci yer tutmuşdu.

Daha sonra 2023-cü ildə Aidan milli seçimlərə “Reġina” adlı mahnısını göndərmiş, yalnız mahnının sosial media postlarında qeyri-qauni şəkildə yayımlanması səbəbi ilə milli finaldan diskvalifikasiya olunmuşdu. Aidan öz mahnısını həmin milli finalda aralıq şou olaraq ifa etmişdi.

Nəhayət, Aidan 2026-cı ildə 4-cü dəfə MESC-yə mahnı göndərmiş və qalib gəlmişdir. Sözügedən mahnı Aidannın 14 mayda “Avroviziya 2026” müsabiqəsinin 2-ci yarımfinalında ifa edəcəyi “Bella” adlı mahnısıdır.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Maltanı “Avroviziya 2026”da Aidan “Bella” adlı mahnısı ilə təmsil edəcək

Azərbaycan “Avroviziya 2026” üçün mahnı qəbulu prosesini dayandırdı – Bundan sonra nə olacaq?

Rəy bildir