Azərbaycan yayımçı kanalı İTV “Avroviziya 2026” üçün 15 dekabr tarixində açmış olduğu mahnı qəbulu prosesini bu gün yekunlaşdırıb.
33 gün davam edən qəbul prosesində bir sıra yerli və xarici bəstəkarların mahnı göndərdiyi və daha əvvələr Avroviziya üçün cəhd etmiş yerli müğənnilərin də seçimə mahnı yolladığı düşünülür.
Bundan sonra nə olacaq?
Komanda tərkibinin dəyişmədiyini nəzərə alsaq çox güman ki, ötən illərdəki praktika bu il də istifadə ediləcək. Göndərilən mahnılardan nümayəndə heyəti ilk olaraq “long list” tərtib edəcək.
Daha sonra “long list”ə düşmüş müğənnilər canlı dinləmələrə dəvət olunacaq və oradan da yekun “short list” hazırlanacaq. Geriyə qalmış müğənnilərdən biri “focus group” tərəfindən seçiləcək. Qeyd edək ki, prosesin bu şəkildə aparılacağı hələlik rəsmi deyil.
Seçim prosesinin bu il fərqli olması da ehtimallar daxilindədir. Münsiflər heyətinin kimliyi və seçimlə bağlı daha ətraflı məlumat yəqin ki, önümüzdəki həftələrdə veriləcək.
Xatırladaq ki, ölkəmizi sonuncu dəfə “Avroviziya 2025”də Mamagama qrupu “Run With U” adlı mahnı ilə təmsil etmiş və nəticədə finala vəsiqə qazana bilməmişdi.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






