Bolqarıstan milli finalında yarışacaq iştirakçılar təqdim edilib

Bolqarıstan yayımçı kanalı BNT, bu gün “Avroviziya 2026” üçün keçiriləcək milli finalda qalibiyyət uğurunda yarışacaq 15 iştirakçının adını açıqlayıb:

Kerana and the Cosmonauts
Mihaela Marinova
Mihaela Fileva
Molec
Roksana
Fiki
DARA
Dara Ekimova
DIA
Elizabet
Innerglow
MONA
Preyah
VALL
Veniamin

İştirakçılar son bir neçə ayda Bolqarıstanda ən çox dinlənən müğənnilər arasından seçilib.

İlk mərhələdə hər müğənni öz mahnılarını səsləndirəcək və aralarından 7-8 nəfər ikinci tura qalacaq. İkinci turdan bir nəfər təmsilçi kimi seçiləcək. Seçilmiş təmsilçiyə üç mahnı yazılacaq və həmin müğənni üçüncü turda mahnıları səsləndirəcək. Səsvermə nəticəsində isə mahnı seçilmiş olacaq.

Mahnı və təmsilçinin 28 fevralda seçilməsi planlaşdırılır.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tanış Ol – Alis

“Sing for Greece 2026” iştirakçıları açıqlanıb – Evangelia geri qayıtdı!

Rəy bildir