Avroviziya qaliblərindən İsrailin iştirakına reaksiya – Salvador Sobral və Emmelie De Forestdən açıqlamalar var


Ötən həftə AYB-nin keçirdiyi plenar iclasında İsraillə bağlı çıxan qərara Avroviziya qalibləri də reaksiya göstərməyə başlayıblar.

Sözügedən qərar, İsrailin “Avroviziya 2026”da iştirakının təsdiqlənməsi ilə bağlıdır. “Avroviziya 2017” qalibi Portuqaliya təmsilçisi Salvador Sobral bildirib:


“Bizdə mövcud olan bu siyasi qorxaqlıq ictimai qurumların institusional qorxaqlığı ilə üst-üstə düşür. Bu məni kədərləndirir, çünki bu sadəcə siyasi məsələ deyil, bu insani bir məsələdir.”


Eyni zamanda, Danimarkanın “Avroviziya 2013” qalibi Danimarka təmsilçisi Emmelie De Forest də fikirlərini media ilə bölüşüb:


“Çox sayda mülki itki olub və bir sıra ekspertlər bunu genosid adlandırmaqdan çəkinmirlər. Ona görə də ümid edirəm ki, İsrailə qarşı müstəqil, beynəlxalq bir araşdırma aparılacaq və o vaxta qədər onların Avroviziyada iştirakına icazə verilməli olduğunu düşünmürəm. Əgər onlara icazə veriləcəksə, məncə, Fələstinin də iştirakına icazə verilməlidir.”


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Avroviziya 2026” yarımfinallarında kimlər çıxış edəcək? – Püşkatma tarixi bəlli olub

İslandiya Avroviziyaya “yox” dedi

Rəy bildir