Səhnəni yorur – Yağmur məşqlərə başlayıb!

Gürcüstanın paytaxtı Tbilisidə Uşaq Avroviziya Mahnı Müsabiqəsinin 23-cü buraxılışı üçün məşqlərə start verilib.

Avropanın müxtəlif ölkələrindən olan on səkkiz ifaçının iştirak edəcəyi “Uşaq Avroviziya 2025” üçün səhnə məşqləri başlayıb. Bu gün səhnəyə çıxan hər ölkəyə ilk məşq üçün 40 dəqiqə vaxt ayrılır, həftənin ikinci yarısında isə növbəti məşqlər keçiriləcək. Ölkəmizi ‘Miau Miau’ mahnısı ilə təmsil edən istedadlı ifaçı Yağmur da nümayəndə heyəti ilə birlikdə Gürcüstandadır.

Bu il müsabiqənin bütün məşqləri və münsiflər üçün nəzərdə tutulan şoular qapalı rejimdə baş tutacaq. Həftə ərzində JuniorEurovision.tv arena daxilindən məşqlərə aid fotolar yayımlayacaq.

Bu ilki müsabiqədə Azərbaycan, Xorvatiya və Monteneqronun yarışa qayıdışı ilə ümumilikdə on səkkiz ölkə iştirak edəcək. “Uşaq Avroviziya 2025” 13 dekabr tarixində, Tbilisidə keçiriləcək. Ötən il Andria Putkaradze “To My Mom” mahnısı ilə Gürcüstana rekord qıran dördüncü qələbəni qazandırmışdı. Şou ardıcıl ikinci ildir ki, şənbə günü yayımlanacaq.

Şounun səhnəyə çıxış sırası belədir:

🇲🇹 Malta: Eliza Borg, “I Believe”
🇦🇿 Azərbaycan: Yağmur, “Miau miau”
🇭🇷 Xorvatiya: Marino Vrgoč, “Snovi”
🇸🇲 San Marino: Martina CRV, “Beyond the Stars”
🇦🇲 Ermənistan: Albert Armenakyan, “Brave Heart”
🇺🇦 Ukrayna: Sofiia Nersesian, “Motanka”
🇮🇪 İrlandiya: Lottie O’Driscoll Murray, “Rúin”
🇳🇱 Niderland: Meadow, “Freeze”
🇵🇱 Polşa: Marianna Kłos, “Brightest Light”
🇲🇰 Şimali Makedoniya: Nela Mančeska, “Miracle”
🇲🇪 Monteneqro: Asja Džogović, “I tužna i srećna priča”
🇮🇹 İtaliya: Leonardo Giovannangeli, “Rockstar”
🇵🇹 Portuqaliya: Inês Gonçalves, “Para onde vai o amor?”
🇪🇦 İspaniya: Gonzalo Pinillos, “Érase Una Vez (Once Upon a Time)”
🇬🇪 Gürcüstan: Anita Abgariani, “Shine Like a Star”
🇨🇾 Kipr: Rafaella və Christos, “Away”
🇫🇷 Fransa: Lou Deleuze, “Ce monde”
🇦🇱 Albaniya: Kroni Pula, “Fruta perime”


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Albaniya festivalında drama küləkləri əsir – Qalib artıq bəllidir?

Azərbaycan ilk məşqini tamamlayıb – “Uşaq Avroviziya 2025”

Rəy bildir