Sayca 64-cü dəfə baş tutacaq köklü Albaniya festivalı “Festivali i Këngës”ə dramalar damğa vurmağa başlayıb.
Belə ki, dekabr ayının sonlarında baş tutacaq festivalın qalibinin artıq təyin olunduğu iddia edilir.
Alban əsilli amerikalı model Elton Ilirjani “Instagram” hekayəsində bildirib ki, “FİK 64” iştirakçılarından biri ona yazaraq yarışmanın qalibinin əvvəlcədən Alis olaraq müəyyən edildiyini və onun qələbəsini təmin etmək üçün hər şeyin əvvəlcədən planlandığını iddia edib.
Qeyd edək ki, sözgedən Alis, ilk dəfə X Factor-da çıxış edib və sonrasında Arilena Ara ilə bir müddət çalışıb. O, həmçinin Arilena Ara ilə birlikdə işləyən, eyni zamanda 2019-cu ilin “FİK” prodüseri olan və adı daim qalmaqallarla hallanan Vera Grabocka ilə əməkdaşlığını hazırda davam etdirir.
Müğənnidən iddia ilə bağlı hələki açıqlama gəlməyib.
Bir digər qalmaqal yenə “FİK 64” iştirakçılarından biri olan Fifidən gəlib.
Müğənni “Instagram” hesabı üzərindən açdığı canlı yayımda “FİK 64” mahnısının bəyənilməməsi səbəbi ilə saxta izlənmə aldığı iddialarına cavab verib:
“Ən yaxşı mahnılarımdan birini yazdım, içinə ruhumu qoydum, amma görünür ki, insanlar nə demək istədiyi belə düzgün bilinməyən, yalnız kədərli mahnıların qalib gəlməsini istəyirlər.”
Son drama isə İnis Neziridən gəlib. Belə ki, eynən Fifidə olduğu hadisəyə bənzər şəkildə İnis də saxta izlənmə aldığı iddialarına səssiz qalmayıb:
“Görünən odur ki, kimsə mahnıma saxta baxış alır, amma buna heç bir ehtiyac yox idi, çünki mahnı onsuz da öz-özünə izlənilir. Yenə də baş verənlər məni olduqca əyləndirir.”
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






