Murad Arif: “Avroviziya 2026”ya hazıram”

Bəstəkar, şoumen, prodüser və ifaçı Murad Arif, hər birimizə məlum olduğu kimi uzun müddətdir ki Avroviziya mahnı müsabiqəsinin ən böyük izləyicilərindən biridir. Murad müsahibələrinin birində hətta “Avroviziya” sözünü Azərbaycan dilinə özünün gətirdiyini iddia edib.

Müxtəlif dövrlərdə şərhçi fəaliyyəti ilə seçilən ifaçı “Avroviziya 2026” ilə bağlı öz istəyini instaqram hesabında dilə gətirib.

Təmsil edərdimmi? Edərdim də sözdür?! Sosial mediamdan səslənirəm doğma heyətə, ictimaiyə və əziz dostlarıma, Nurlanaya. Mən hazıram. Bax, mən hazıram. Əgər düşünsəniz, belə yaraşıqlı, göy göz və istedadlı sənətçi axtarsanız, çox axtarmayın, yaxındayam.


Qeyd edək ki, “Avroviziya 2026” müsabiqənin 70 illik yubileyinə təsadüf edir. Müsabiqədə iştirak edəcək ölkələrin siyahısının 25 dekabr tarixində yayımlanması gözlənilir. Ölkəmizin müsabiqə ilə bağlı planları haqqında isə, hələki rəsmi məlumat yoxdur. Ehtimal edilir ki, “Uşaq Avroviziya 2025” yekunlaşdıqdan sonra, seçim mərhələsi haqqında məlumat yayımlana bilər.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Melodifestivalen 2026” iştirakçıları açıqlanıb – Robin Bengtsson, Sanna Nielsen, Jacqline, AlexA və başqaları

Vyana “Avroviziya Mahnı Müsabiqəsi 2026”ya hazırlaşır: ORF-dən yaşıl və inklüziv Avroviziya planı

Rəy bildir