“Melodifestivalen 2026” iştirakçıları açıqlanıb – Robin Bengtsson, Sanna Nielsen, Jacqline, AlexA və başqaları

İsveç milli finalı “Melodifestivalen 2026” iştirakçıları və müsabiqədə səsləndirəcəkləri mahnıların adları bu gün yayımçı kanal SVT tərəfindən ictimaiyyətə açıqlanıb.

Yarımfinallar üzrə iştirakçıların bölgüsü aşağıdakı kimidir:

Birinci Yarımfinal;

Birinci Yarımfinal iştirakçıları
  • Indra – Beautiful Lie;
    Noll2 – Berusare ord;
    Junior Lerin – Copacabana Boy;
    Greczula – Half of Me;
    A-Teens – Iconic;
    Jacqline – Woman.

Geri qayıdan isimlər arasında “Melodifestivalen 2025” üçüncüsü Greczula və “Melodifestivalen 2024” finalistlərindən Jacqline yer alır.

İkinci Yarımfinal:

İkinci Yarımfinal iştirakçıları
  • Klara Almström – Hela varden vantar;
    Arwin – Glitter;
    Robin Bengtsson – Honey Honey;
    Felicia – My System;
    Laila Adelé – Oxygen;
    Brandsta City Släckers – Rakt in i elden.

Geri qayıdan isimlər arasında İsveçin “Avroviziya 2017” təmsilçisi Robin Bengtsson yer alır.

Üçüncü Yarımfinal:

Üçüncü Yarımfinal iştirakçıları
  • Saga Ludvigsson – Ain’t Today;
    Patrick Sean – Dusk Till Dawn;
    Emilia Pantic – In en til;
    Korslagda – King of Rock n’ Roll;
    Eva Jumatate – Selfish;
    Medina – Viva l’amor.

Geri dönən isimlər arasında “Melodifestivalen 2022 və 2024” ikincisi Medina qrupu yer alır.

Dördüncü Yarımfinal:

Dördüncü Yarımfinal iştirakçıları
  • Meira Omar – Dooset Daram;
    Cimberly – Eternity;
    Erika Jonsson – Från landet;
    Felix Manu – Hatar att jag älskar dig;
    Smash into Pieces – Hollow;
    Timo Räisänen – Ingenting är efter oss.

Geri dönən isimlər arasında “Melodifestivalen 2025” finalistlərindən Meira Omar və “Melodifestivalen 2024 və 2023” üçüncüsü Smash into Pieces qrupu yer alır.

Beşinci Yarımfinal:

Beşinci Yarımfinal iştirakçıları
  • Lilla Al-Fadji – Delulu;
    Vilhelm Buchaus – Hearts Don’t Lie;
    Juliet – Långt från alla andra;
    AlexA – Tongue Tied;
    Sanna Nielsen – Waste Your Love;
    Bladë – Who You Are?

Geri dönən isimlər arasında İsveçin “Avroviziya 2014” təmsilçisi Sanna Nielsen və “American Song Contest 2022” qalibi AlexA yer alır.

Müsabiqənin baş tutacağı tarixlər aşağıdakı kimidir:

  • Birinci Yarımfinal: Şənbə, 31 Yanvar, 2026 – Linköping
  • İkinci Yarımfinal: Şənbə, 7 Fevral, 2026– Göteborg
  • Üçüncü Yarımfinal: Şənbə, 14 Fevral, 2026– Kristianstad
  • Dördüncü Yarımfinal: Şənbə, 21 Fevral, 2026– Malmö
  • Beşinci Yarımfinal: Şənbə, 28 Fevral, 2026– Sundsvall
  • Böyük Final: Şənbə, 7 Mart, 2026– Strawberry Arena, Stockholm

Hər altı müğənni yarımfinallarda çıxış etdikdən sonra xalq səsverməsində ilk ikiliyə daxil olan iştirakçılar birbaşa finala vəsiqə qazanacaq. Üçüncü olan isə beşinci yarımfinalın sonunda baş tutacaq “ikinci şans”a vəsiqə qazanacaq.

Qalib 50% münsif və 50% xalq səsverməsi ilə təyin olunacaq.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Vidbir 2026” üçün “long list” yayımlanıb – Jerry Heil, Olena Usenko, KHAYAT və başqaları

Murad Arif: “Avroviziya 2026”ya hazıram”

Rəy bildir