Bu ilin dekabr ayında Gürcüstan paytaxtı Tbilisidə keçiriləcək “Uşaq Avroviziya 2025” müsabiqəsinin aparıcıları elan olunub. Tamaşaçıları 13 dekabr tarixində baş tutacaq finalda David Aladaşvili və Liza Tsiklauri salamlayacaqlar.
David Aladaşvili Gürcüstan İctimai Televiziyasında (GPB) müxtəlif musiqi proqramlarının aparıcısı kimi tanınır. O, eyni zamanda Tbilisi Gənclər Sarayının bədii rəhbəridir. Peşəkar pianoçu olan Aladaşvili 11 yaşından musiqi təhsili alıb, 15 yaşında Tbilisi Xüsusi Musiqi Məktəbinə qəbul olunub və Prezident Təqaüdünə layiq görülüb. Daha sonra o, Nyu-Yorkdakı Juilliard Məktəbində təhsil alıb, məşhur Carnegie Hall səhnəsində çıxış edib və bir sıra beynəlxalq konsertlərdə iştirak edib.
Liza Tsiklauri isə təcrübəli televiziya aparıcısı və jurnalistdir. O, 2008-ci ildən media sahəsində çalışır, 2014-cü ildən etibarən xəbər proqramlarına aparıcılıq edir. Liza illər ərzində çoxsaylı beynəlxalq tədbirlərin, konsertlərin və xüsusi televiziya buraxılışlarının aparıcısı olub. Onun təqdim etdiyi mühüm layihələr arasında Yeni il qala konsertləri, “EuroBasket 2022”nin açılış mərasimi və “Tbilisinin fəxri vətəndaşı” mükafatlandırma mərasimi də yer alır.
Mənbə: junioreurovision.tv
sitesinden daha fazla şey keşfedin
Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.






