Azərbaycana pulsuz səs ver, YağMuru qalib et

Tbilisidə keçiriləcək “Uşaq Avroviziya 2025″in səsvermə qaydaları yayımlanıb. Belə ki səsvermə prosesi iki mərhələdə həyata keçiriləcək: finaldan əvvəl və final günü son çıxış bitdikdən sonra. Gəlin əvvəlcə, ümümi səsvermə qaydaları ilə tanış olaq. Qaydaları sizə təqdim edirik:

  1. Səsvermə www.jesc.tv saytında baş tutacaq;
  2. Səsvermə prosesi iki pilləli həyata keçiriləcək: finaldan əvvəl və final günü son çıxış bitdikdən sonra;
  3. Səsinizin qeydə alınması üçün 3 ölkəyə səs verməlisiniz;
  4. Hər bir istifadəçi hər mərhələdə ancaq bir dəfə səs verə bilər;
  5. Azərbaycana da harada yaşamanızdan asılı olmayaraq səs vermək hüququnuz var.
  6. Səsvermə tam ödənişsizdir.

Birinci tur:

  • Səsvermənin ilk fazası 13 dekabr Bakı vaxtı ilə saat 00:00-da başlayacaq;
  • Səs verə bilmək üçün sayt tərəfindən təqdim edilən kiçik bir videonu izləməlisiniz. Bu görüntülər bitdikdən sonra, səsvermə pəncərəsi açıqlacaq;
  • Ən azı 3 ölkə seçməlisiniz;
  • Burada Azərbaycan ilə yanaşı digər 2 ölkəni seçmək mütləqdir. Əks halda səs vermək mümkün olmayacaqdır;
  • Səsvermə prosesi 13 dekabr Bakı vaxtı ilə saat 19:59-a qədər davam edəcək.

İkinci tur:

  • Səsvermənin ikinci fazası 13 dekabr final şousu günü, sonuncu ölkə (Albaniya) çıxışını bitirdikdən sonra təkrar açılacaq;
  • Yenə də əvvəlki qaydada www.jesc.tv saytına daxil olaraq eyni cihazlardan təkrarən səs verə biləcəksiniz.
  • Bu dəfə səs vermək üçün cəmi 15 dəqiqəniz olacaq;

Bu məqaləni paylaşaraq sən də Azərbaycan təmsilçisinə dəstək ola bilərsən.

Sonda isə bildirək ki, ölkəmizi təmsil edən YağMur “Miau Miau” adlı mahnısı ilə ikinci sırada çıxış edəcək. Ümid edirik, 2 rəqəmi YağMura birinciliyə gedən yolda qapıları açacaq.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Uşaq Avroviziya 2025”in aparıcıları bəlli oldu!

“Uşaq Avroviziya 2025″in bütün mahnıları yayımlanıb – Kim qalib olacaq?

Rəy bildir