Ermənistan təxribatının qarşısı alınıb – İTV-dən şikayət

Ötən gün keçirilən ikinci yarımfinalın məşqlərində Ermənistan təmsilçisinin çıxışı üçün hazırlanan səhnəcikdə arxa fonda iki böyük qurğu yerləşdirilmişdi. Onlardan biri Ermənistanın kontur xəritəsini, digəri isə Azərbaycanın Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu əhatə edən əraziləri xatırladırdı. Performans zamanı bu iki qurğu “birləşir” və erməni müğənni üzərinə çıxaraq, emosional şəkildə “zəfər” nümayiş etdirirdi.

Deputat Aqil Abbas məsələ ilə bağlı açıqlama verərək təşkilatçılardan üzr tələb edib:

Bu təxribatın qarşısı alınmalıdır. Təşkilatçılar üzr istəməlidir. Biz torpaqlarımızı azad etdik. Bizim torpaqlarımızı öz torpaqları kimi göstərmələri şikayət olunmalıdır. Bu, bir təxribatdır. Burada təşkilatçıların da əli var. Bizim iştirakçıların çıxışlarını izləyirəm, bəyənirəm. Bəziləri deyir ki, yer tutmurlar niyə Avroviziyaya gedirlər. Niyə getməsinlər? Hər zamana birinci olmaq, onluğa düşmək olmaz ki. Erməni gedə bilir, biz gedə bilmirik? Mötəbər bir yarışdır. Orada siyasi oyunlar da var. Avropanın mötəbər yarışıdır. Yer tutmasaq da, getmək, çıxış etmək lazımdır

Millət vəkili Fazil Mustafa da qeyd edib ki, şikayət edərək ermənilərin qol-qanad açmasının qarşısını almaq lazımdır:

Ermənilər bu məsələni təsəlliyə çeviriblər. Biz isə təsəllini reallığa çevirmişik. Biz şikayət edərək ermənilər qol-qanad açmasının qarşısını almalıyıq. Lakin bu məsələni çox da problem kimi görməməliyik. Biz düşmən tapdağından torpağımızı azad etmişik. Ermənilərin boş-boş xəyallarına vaxt sərf etməməliyik. Hansı platformada riyakarlıq edirlərsə, qarşısını almalıyıq, şikayətimizi etməliyik. Amma bu bizim üçün həyati məsələ deyil. Həyati məsələ torpaq idi, onu da almışıq. Erməni indi onun yanğısı, nisgili ilə hansısa bir şeir yazacaq, mahnı oxuyacaq, xəritə çəkəcək. Bununla istədikləri qədər təsəlli tapsınlar. Biz də qərbi Azərbaycanın xəritəsini çəkib, bütün platformalarda göstərə bilərik. Bizimdə alternativlərimiz var. Ermənilərin bu cür addımları gündəmimizi zəbt etməməlidir.

Həmçinin nümayəndə heyətimizin rəhbəri Nurlana Cəfərova da məsələyə biganə qalmadıqlarını bildirib:

Sizcə, bu boyda həngaməni görməzdən gələ bilərdikmi? İkinci yarımfinal gözəl olacaq.

Nəhayət, təxribatın qarşısı alınıb və ötən gün yayımlanan yarımfinalda erməni iştirakçının çıxışı və zirehli geyiminin dəyişdirildiyi, qurğuların yığışdırıldığı diqqət çəkib.

Mənbə: Musavat.com


sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Avroviziya 2021-2025: “siyasət”, musiqi və səhnə arasında dəyişən tendensiyalar

Avroviziya 2025-in qalibi bəllidir.

Rəy bildir