Bu gecə İsveçrənin Bazel şəhərində milyonlarla tamaşaçının səbirsizliklə izlədiyi Avroviziya 2025 mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi baş tutub. Musiqi, rəngarəng şoular və sürprizlərlə zəngin gecədə 16 ölkə finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıb.
Gərgin keçən yarımfinalın sonunda 10 ölkə 69-cu Avroviziya mahnı müsabiqəsinin böyük finalına vəsiqə qazanıb. Qaliblərin siyahısı belədir:
1. Litva;
2. İsrail;
3. Ermənistan;
4. Danimarka;
5. Avstriya;
6. Lüksemburq;
7. Finlandiya;
8. Latviya;
9. Malta;
10. Yunanıstan.
Qeyd edək ki, möhtəşəm final 17 may gecəsi Bakı vaxtı ilə saat 23:00-da St. Jakobshalle arenasından canlı yayımlanacaq. Gözlər bu dəfə dünyanın ən parlaq səhnəsində parlayacaq ulduzların üzərində olacaq.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






