Bu gün St.Jakobshalledə Avroviziya 2025-in ilk yarımfinalında final uğrunda mübarizəyə qoşulacaq daha səkkiz ölkənin iştirakçıları ilk məşqlərini həyata keçiriblər. Bu ölkələr arasında ölkəmiz Azərbaycan da yer alıb.

İlk məşq sırası Norveçdə idi.
Kylenin səhnəsi MGP-dən bir qədər fərqlənir. Milli finalda olan iki daş sütun və pilləkənlər artıq Bazel səhnəsində yoxdur. Ancaq Kyle, böyük dağlardan ibarət arxa led qrafiklərinə sahibdir. Səhnə geniş və rəqs etməsi üçün boşdur.
Həm walkway (səhnənin gəzmək və ya qaçmaq üçün nəzərdə tutulmuş orta hissəsi), həm də səhnənin önünü çox yaxşı istifadə edir. Səhnənin işıqları mükəmməldir və professional şəkildə idarə edilir. Rəqs fasiləsindən sonra Kyle səhnədə yüzlərlə ağ spot işığının altında mahnısını oxumağa davam edir. Bu mənzərə çox gözəldir.
Kylenin paltarında ciddi bir dəyişiklik yoxdur. Milli finaldakı paltarı ilə demək olar ki, eynidir. Səhnədə üç rəqqas var və alov priotexnikasından olduqca çox istifadə edilir.

Növbəti məşq Belçikadadır.
Səhnənin önündəki LED divarda və çərçivədə aydınlatma və işqlandırma olduqca möhtəşəm görünür. Səhnənin yuxarısındakı hərəkət etdirilə bilən “lego işıqları” çıxışın son hissəsində səhnəyə yaxınlaşır və səhnəni daha dolu göstərir. Hər şey bitəndə, sanki bütün dünya və arena rəqs edirmiş kimi görünür.
Milli finaldakı hərəkət edən platforma Bazeldə yoxdur. Red Sebastian səhnənin mərkəzindədir və üç rəqqas onu müşaiət edir. Paltarı rəsmi videoda geyindiyi üçbucaq çiyinli PVC libasına çox bənzəyir və rəqqasları ilə ahəng içərisindədir.
Çıxış müddətində zəmin ledlərdən kifayət qədər istifadə edilir. Red çıxışının bir hissəsində öz kölgəsi ilə əlaqəyə girir və həssas xareoqrafiyalar göstərir. Canlı səsində və yüksək notlarında heç bir problem yoxdur.

Sıra Azərbaycanın çıxışındadır.
Bu səhnədə çoxlu sevgi və xoşbəxtlik var. Mahnı funk-pop havasındadır. İkinci nəqarətdən sonra Asəf sazla birlikdə Azərbaycan milliliyini səhnəyə gətirir.
Performans səhnənin mərkəzində, yuxarıdan asılan “lego işıqların” səhnəyə əks etdirdiyi xəfif işıqlarla davam edir. LED divar və Mamagamanı müşaiət edən üç rəqqas ahəng içərisindədir. Ledlərdə çoxlu rəqs edən kölgəli insan qrafikləri var.
Qrup üzvləri qara rəngin ön planda olduğu dəbdəbəli dəri kostyumlar geyinib. Asəf və Həsən fərqli rənglərdə pencəklər geyinirlər, Arif isə qolsuz köynəkdədir. Rəqqaslar parlaq qara və qırmızı rənglərdə tulumlar (body) geyinib.
Səhnənin sonunda alov jetlərindən istifadə edilir.

San Marino üçün ilk məşq zamanıdır.
Səhnənin fokusu “San Marino Song Contestdə” gördüyümüz kimi LED divarlardakı yanıb-sönən işıqlar və qrafiti fonunda gümüşü pencək geyinmiş Gabry Pontenin özüdür.
Gabrynin DJ masası çox böyükdür və daha çox yanıb-sönən işıqları əks etdirən güzgülü panellərdən hazırlanıb. Milli finalda gördüyümüz rəqqaslar Bazeldə yoxdur. Onların yerinə müxtəlif alətlərdə ifa edən musiqiçilər gəlib.
Bu, Avroviziya üçün yad olan bir səhnədir. Vokalistlər maskalıdır və səhnənin mərkəzində deyil. Səhnə coşğulu futbol oyunu açılışı kimi hiss etdirir. Euroclubda keçirilən bir gecəyə çox bənzəyir.
Səhnənin sonlarına doğru çoxlu alov jetləri və fişənglər arenanın tavanını uçurur.

Albaniya təmsilçiləri ilk məşqi üçün səhnəyə çıxır.
Öndəki “lego işıqları” alçaqda, arxadakı işıqlar isə müəyyən qədər səhnədən yüksəkdə yerləşdirilib. Shkodra Elektronikenin çıxış etməsi üçün səmimi mühiti bu şəkildə yaratmaq olur. Qrup sanki işıqlandırılmış pilləkanın altında çıxış edir. Açıqlaması çətindir, amma həqiqətən effektivdir.
Performans FİK-dəki çıxışa o qədər də çox bənzəmir, sadəcə bəzi hissələr eyni qalıb. LED arxa divarlar, LED zəmin və kəmərin üzərində qara və qırmızı qrafiklərin ahəngini görürük. Mahnı ilə sinxron şəkildə ledlərdə animasiyalar əks olunur. Beatriçe çıxışın ortasında rəqsini edir və bu çox gözəl görünür.
Beatriçe qırmızı libasdadır, ancaq FİK-dəki paltarından tamamilə fərqlənir. Paltarın bel hissəsində işıqlar və ətəyin uc hissələrində fırfırlar, dantellər var. Sağ əlində qırmızı əlcək olsa da sol əlində əlcək yoxdur. Ümumiyyətlə bu yarımfinalın ən eleqant və görkəmli çıxışı məhz bu çıxışdır. Mahnının nəqarətlərində alov jetlərindən istifadə edilir.

Növbəti məşq sırası Niderlanddadır.
Performans gərgin bir atmosfer yaradan piano akkordları ilə başlayır. Bütün çıxış çox pozitivdir. Claude kamera ilə çox yaxşı işləyir və fəaliyyətdədir. Müğənniyə iki rəqqas qoşulur və birlikdə rəqs edirlər.
LED divarlar sonuncu nəqarətə qədər çox az istifadə olunur. Son hissədə zəmin və arxa ledlər çəhrayı və mavi rəngdə gül qrafikləri ilə dolur. Sanki bütün çiçəklər arenaya yayılır.

Xorvatiya ilk məşqini həyata keçirir.
Aha, Doradakı hər şeyi unudun. Bu tamamilə bir Shakespeare dramıdır. Lego işıqları burada tamamilə effektivdir və bir-birilərinə çarpaz şəkildə yerləşiblər. LED divarlarda qırmızı və yaşıl fırtına buludları və alovlarla dəstəklənən işıqlandırılmış bir səhnə görürük.
Markonun geyimi milli finaldan tamamilə fərqlənir. Çiyinlərində kürk olan uzun bir üst geyimi geyinib. Səhnənin ortasında Marko və ona qoşulan dörd rəqqasın cadularını içinə atdığı böyük bir boz qazan var. Rəqqasların hamısı fırfırlı, bantlı mavi və ağ rənglərin ahəngi ilə bütünləşmiş geyimlərə sahibdirlər.
Marko çıxışın finalında uzun üst geyimini çıxarır və rəqqasların geyiminə bənzər bir geyimlə çıxışına davam edir. Bütün performans qaranlıq və çox möhtəşəm görünür. Performansın sonunda duman və alov jetlərindən bol istifadə edilir.

Sonuncu olaraq Kipr səhnədədir.
Səhnədə iki ədəd inşaat sahələrində istifadə edilən böyük dəmir konstruksiyalar var. Performansın əvvəlində Theo Evan və iki rəqqas mahnıda bəhsi keçən gizli obrazın görüntüsünü yaradır. Bu kölgəni görən hər kəs onun kim olduğunu tanıyacaq.
Performans irəlilədikcə qüllələr fərqli pozisiyalara keçir. Theo və dörd rəqqas xareoqrafiyanı qüsursuz şəkildə icra edir. Effektiv LED görüntülər və dinamik işıqlandırma ilə səhnə daha da güclü görünür.
İşıqlandırma səhnənin əvvəlində qaradan ağa, ortasında ağdan qırmızıya, sonra isə yenidən qaradan ağa keçir. Bunu izah etmək çox çətindir.
Hər tərəfdə qara şalvar və köynəklər geyinmiş rəqqaslar var. Yüksək notda həmin gizli şəxs ortaya çıxır, ancaq kimliyini hələlik gizli saxlayacağıq.

Sabahkı məşqlər ikinci yarımfinalistlərlə davam edəcək.
Credit: EBU
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






