Mamagama Avroviziya səhnəsi haqqında danışıb – “Run With U” fərqli versiyada canlı oxunub

Azərbaycanın Avroviziya 2025 təmsilçisi Mamagama qrupu, ötən gün Niderlandda baş tutan “Eurovision In Concert 2025” adlı Avroviziya öncəsi promo tur üçün Amsterdama yollanıb.

Təmsilçilərimiz parti öncəsi bir sıra Avroviziya bloqları, televiziya və saytlara müsahibələr verib, öz fikirlərini bölüşüblər. Qrup “EuroMix” adlı İsrail yutub kanalına verdiyi müsahibəsində, Avroviziya səhnəsi haqqında qısa bir məlumat da verib:

“Təəssüf ki, biz bunu biraz sürpriz olaraq saxlamaq istəyirik. Sadəcə onu deyə bilərik ki, səhnəmiz çox dinamikdir. Alovlar, fləş işıqları və çoxlu kamera bucaqları olacaq. Yüksək enerjili bir çıxış sizi gözləyir.”

Mamagama qrupunun solisti bundan başqa Amsterdamdakı partidə “Run With U”nun sonunu fərqli şəkildə ifa edərək bitirib. Qrupun mahnının sonuna Avroviziyada da “high note” əlavə edib-etməyəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Azərbaycan Avroviziya 2025-in birinci yarımfinalında 10-cu nömrə altında çıxış edəcək.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Mamagama : “Emmy ilə birlikdə duet oxumağı düşünürük.”

Səsvermədə “qoçaq” ölkələr – Hansı ölkələr obyektiv deyil?

Rəy bildir