Avroviziya Mahnı Müsabiqəsi 69 illik tarixi ilə dünyada əbədi iz qoymağı bacaran köklü bir müsabiqədir. Hər il onlarla ölkə fərqli müğənnilər, yeni mahnılar və kreativ səhnə şouları ilə müsabiqədə qalib olmağı hədəfləyirlər.
Müsabiqədə finala çıxmaq, yadda qalmaq, qalib olmaq və yüksək xallar toplamaq üçün yerinə yetirilməli olan bəzi nüanslar var ki, bunların başında güclü səs, mahnı və səhnə şousu gəlir.
Bəs səhnə şousu dedikdə nə başa düşülür?
İddialı və yadda qalan səhnə şousu mahnının janrından asılı olaraq hazırlanır. Daha həzin mahnıların çox da mürəkkəb olmayan səhnələri olarkən, yüksək templi mahnılar bir qədər şou tələb edir. Şounun daxilində mürəkkəb xareoqrafiyalar, böyük rekvizitlər, rəqqaslar, musiqi alətləri, pirotexnika və s. tələb olunur. Bəs rəng seçimi? Rənglərin uyğunluğu nəticəyə təsir edirmi? Gəlin bunu araşdıraq.
Avroviziya xüsusi ilə son illər artıq şou müsabiqəsinə çevrilib. Ekran qarşısında milyonların izlədiyi bu populyar televiziya şousu təbii ki, izləyicini vizual olaraq necə deyərlər “doydurmalıdır”. Bu da düzgün səhnə tərtibatından əlavə digər faktorların da nəzərə alınmalı olduğunu göstərir. Bunların başında isə, düzgün seçilmiş rəng kombinasiyası gəlir.
Səhnədə istifadə olunan rənglər tamaşaçıların emosiyalarına və səsvermə qərarlarına təsir edə bilər. Bu, psixoloji və vizual faktorlarla bağlıdır. Çünki Avropa izləyicisi təkcə musiqiyə deyil, həm də ümumi şouya əsasən səs verirlər.
Tədqiqatlar göstərir ki, insanlar rənglərə fərqli emosional reaksiya verirlər və bu, onların qərarlarına təsir edə bilər. Təbii ki, hansı rəngin uğurlu olub-olmaması həm də ifanın üslubuna, mahnının janrına və ifaçının səhnə performansına bağlıdır.
Lakin rəng kombinasiyaları mahnının janrına və mesajına uyğun seçilməlidir. Uğursuz rəng kombinasiyaları isə ya tamaşaçıları emosional olaraq uzaqlaşdırır, ya da vizual olaraq gözə xoş görünmür. Əsas məqam balans yaratmaqdır. Rənglər həmişə performansın enerjisinə və hissinə uyğun seçilməlidir.
Hansı rəng kombinasiyaları Avroviziyada uğurlu sayılır?
Əslində bunu tamamilə təyin etmək qeyri-mümükündür. Avroviziyada uğur meyarı hər kəs üçün fərqli ola bilər. Lakin, Avroviziya qalibləri müsabiqənin ən uğurlusu hesab olunur. Son 10 ilin qaliblərinin səhnələrinə nəzər yetirsək, əsasən qırmızı, qara və mavi rənglərin üstünlük təşkil etdiyini görə bilərik.
Qırmızı rəngin daha çox güclü və dramatik mahnıların səhnələrində istifadə edildiyini görə bilərik. Məsələn Conchita Wurst, Eleni Foueria, Maneskin, Netta və s. kimi artistlərin səhnələrində qırmızı rəng açıq-aydın gözə çarpır.
Mavi və bənövşəyi rənglər də uğurlu çıxışlar zamanı istifadə olunan çalarlardandır. Məsələn Duncen Laurance, Noa Kirel, Lena, Jamala və s. kimi müğənnilərin səhnələrində istifadə olunub.
Qızılı və sarı rənglər adətən insanlarda zəfər hissini vurğulayan rənglər olub. Bu rəng kombinasiyası bir sıra uğurlu Avroviziya çıxışlarında istifadə olunub. Məsələn Conchita Wurst, Chanel, Loreen, Emmelie De Forest və s. kimi iştirakçılar çıxışlarında istifadə edib.
Yaşıl və qara rəng kombinasiyası da Avroviziyada uğurlu olan kombinasiyalardandır. Buna misal olaraq Avroviziya 2017 qalibi Salvador Sobralı misal çəkmək olar.
Qara və qaranlıq (dark) səhnələr Avroviziyada hər zaman iş görən çıxışlardan hesab olunur. Bunun ən böyük nümunəsi “Euphoria” hesab oluna bilər. Bundan başqa, Barbara Pravinin səhnəsini də qismən bura aid etmək olar
Son illər Avroviziyada rəngarəng çıxışlar da trenddədir. Käärija, Baby Lasagna, Zdob Şi Zdub, Konstrakta, Go_A kimi artistlərin səhnələrində bu tendensiyanı görə bilərik.
Hansı rənglər Avroviziyada uğursuz sayılır?
Avroviziyada uğursuz rəng kombinasiyaları ilə bağlı rəsmi bir araşdırma yoxdur, amma bəzi çıxışlar zamanı rənglərin tamaşaçıya mənfi təsir etdiyi müşahidə olunub.
Həddindən artıq neon rənglərdən istifadə yaxşı nəticələr verməyə bilər. Buna misal olaraq “Mata Hari” (Azərbaycan 2021), “Tick Tock” (Xorvatiya 2021), Line (Latviya 2017) və s. göstərmək mümkündür.
Çox solğun və darıxdırıcı rənglər məsələn boz, qəhvəyi, tünd mavi, pastel tonları Avroviziya izləyicisi tərəfindən çox da sevilmir. Buna misal olaraq “Wake Up” (Belçika 2019) və s. misal göstərmək olar.
Monoton və qaranlıq rənglər də uğurlu deyil. Məsələn tünd qırmızı, tünd yaşıl, tünd mavi, boz və onun çalarları və s. Buna misal olaraq isə Ermənistan 2018-i, Gürcüstan 2019-u və s. misal göstərmək olar.
Uyğunsuz konstrakt və gözyorucu rənglər doğru seçim deyil. Məsələn qızılı-bənövşəyi rəng seçimindən istifadə edən Samanta Tinanı (Latviya 2021) buna misal çəkmək olar.
Yaddan çıxarmamalıyıq ki, Avroviziya şou müsabiqəsidir və izləyici yalnız vizual olaraq çıxışı bəyənərsə, xalını həmin ölkəyə verəcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






