Tanış ol – Melody

Əsl adı Melodía Ruiz Gutiérrez olan Melody, 12 oktyabr 1990-cı ildə Sevilya şəhərində sənətçi ailəsində anadan olur. Müğənninin anası bildirir ki, Melody danışmazdan əvvəl mahnı oxumağa və rəqs etməyə başlayır.

2001-ci ildə Melodynin atası qızının səsyazma kasetlərini məşhur prodüser El Faryyə göndərir. Prodüser Melodyyə heyran qalır və albom yazdırmaq üçün onu studiyaya çağırır. Beləliklə, Melody cəmi 10 yaşında olarkən ilk albomu “De Pata Negra”nı təqdim edir və 800.000 nüsxə satışı əldə edir. 11 yaşında isə artıq “Grammy” nominasiyasına layiq görülür, Qızıl və Platin sertifikatları, eləcə də “Billboard” mükafatları qazanır.

2005-ci ildə Melody anidən sənətdən uzaqlaşır. Xəbər portalları onun təyyarə qəzasında öldüyünü, depressiyaya düşərək vəfat etdiyini yazmağa başlayır. Lakin 3 ildən sonra Melody gözlənilmədən geri qayıdır və yeni albomunu təqdim edir.

2009-cu ildə Melody və Los Vivancos qrupu “Amante de la luna” adlı mahnı ilə İspaniyanın Avroviziya seçimlərinə qatılır və birbaşa finala yüksəlir. Daha sonra Los Vivancos qrupu yarışmadan çəkildiyi üçün Melody təkbaşına yarışmalı olur. Soraya ilə eyni xalı toplayır, amma xalq səsverməsində Soraya daha yüksək nəticə göstərdiyi üçün qalib seçilir.

Nəhayət, 2025-ci ildə Melody “Esa Diva” adlı mahnı ilə yenidən İspaniyanın Avroviziya seçimlərinə qatılır və qalib gələrək ölkəsini Avroviziya 2025-də təmsil etmək haqqı qazanır.


sitesinden daha fazla şey keşfedin

Son gönderilerin e-postanıza gönderilmesi için abone olun.

Avstriyanın səhnəsi ilə bağlı detallar açıqlanıb – Çəkiliş texnikası Avroviziyada bir ilk olacaq!

Tommy Cash: Mən qalib olmaq istəyirəm!

Rəy bildir