Tanış Ol – Marko Bošnjak

Marko Bošnjak 11 yanvar 2004-cü ildə Bosniya və Herseqovinanın Mostar şəhərində anadan olub. Gənc yaşlarından musiqiyə maraq göstərən Marko, ifa tərzi ilə erkən yaşlarında diqqət çəkməyə başlayıb.

Marko geniş auditoriya qarşısında ilk dəfə 2015-ci ildə Serbiyanın “Pinkove Zvezdice” adlı istedad şousunda çıxış edib. Müsabiqə ərzində o, müxtəlif janrlarda mahnılar ifa edərək böyük populyarlıq qazanıb və yarışın qalibi olub. Bu qələbə ona musiqi karyerasında ilk ciddi addımlarını atmaq imkanı yaradıb.

Onun uğuru bununla bitməyib. 2022-ci ildə Marko “Moli za nas” adlı mahnı ilə Xorvatiyanın Avroviziya seçim turu olan “Dora”da iştirak edib və ikinci yer tutub. Bu, onun Xorvatiya musiqi səhnəsində mövqeyini daha da gücləndirib.

Sonrakı illərdə Marko “Spokojan” və “Nema” adlı sinqllərini buraxaraq musiqi fəaliyyətini davam etdirib.

2025-ci ildə Marko “Poison Cake” adlı mahnısı ilə Dora 2025 müsabiqəsinin qalibi olub və Xorvatiyanın Avroviziya 2025 təmsilçisi seçilib.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Bazeldə gerçəkləşəcək bütün əyləncələr!

Tanış Ol – Mariam Shengelia

Rəy bildir