Bazeldə gerçəkləşəcək bütün əyləncələr!

Avroviziya 2025-ə 3 aydan az bir müddət qalıb və Bazel şəhəri bütün planlarını yekunlaşdırmaq üzrədir.

Bu planların başında isə Avroviziya həftəsində keçiriləcək əyləncə şouları, tədbirlər və “EuroVillage”dir. Artıq bəzi Avroviziya artistlərinin bu şoularda çıxış edəcəkləri təsdiqlənib və açıqlanıb.

Avroviziyanın ən maraqlı parçalarından biri olan “EuroVillage” ilk dəfə qapalı bir yerdə keçiriləcək. 12 min nəfərin iştirak edəcəyi bu tədbirə Tanja Dankner, Odette Hella’Grand və Joël von Mutzenbecher ev sahibliyi edəcək.

Proqram çərçivəsində səhnəyə Remo Forrer, Luca Hänni, Sinplus, Anna Rossinelli, Conchita Wurst, Rednex və SNAP çıxacaq. Proqramı 
ABBA Gold – The Concert Show , yerli xorlar, musiqi qrupları və DJ-lər tamamlayacaq.

Bundan əlavə “EuroClub”da çıxış edəcək müğənnilər və məkanı da məlum olub. Messeplatz gecədən səhərəcən açıq olacaq və “EuroClub” kimi fəaliyyət göstərəcək. “EuroClub”da Emmelie de Forest, Sezar Sampson və Jerry Heil kimi adlar çıxış edəcək.

Qeyd edək ki, Avrovisiya 2025 13,15 və 17 may tarixlərində Bazel şəhərində baş tutacaq.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

7 oktyabr terrorunda sağ qalan şəxslər Yuval Raphaellə birlikdə Bazeldə olacaq

Tanış Ol – Marko Bošnjak

Rəy bildir