Katarisis 2020-ci ildə qrupun solisti Lukas Radzevičiusin təşəbbüsü ilə qurulmuş postpank qrupudur.
Qrupun hal-hazırda 4 aktiv üzvü var: Lukas Radzevičius (solist, gitaraçı), Alanas Brasas (əsas gitaraçı), Emilija Kandratavičiūtė (bas-gitaraçı), and Jokūbas Andriulis (barabançı). Qrupa ilk şöhrəti 2021-ci ilin yazında 2020-ci ildə buraxdıqları “Vasarą galvoj minoras” adlı mahnı qazandırıb. Mahnı ölkənin rəsmi “Single Top 100” siyahısında 4-cü pilləyə yüksəlməklə yanaşı, qrupa qızıl “AGATA” sertifikatını da qazandırıb.
Katarsisin “Dausos” adlanan mini albomu 2024-cü ildə işıq üzü görüb. “Post-pank”, “Alternativ rok” və “Art-rok” janrlarında mahnılar ifa edən qrup mini albomdakı mahnıların reklamı çərçivəsində bir sıra konsertlər verir. Konsertə gələn insanlar Katarsisinin hər bir mahnısında özünəməxsus bir arxa planı, gurultulu bir zirvəsi və sonda gələn rahatlama hissi olduğunu bildirib. Qrupu dinləyərkən auditoriya musiqi ilə əlaqə qurur və həqiqi özünə qayıdır.
2024-cü ilin dekabrında Katarsis LRT kanalı tərəfindən “Eurovizija.LT 2025″də iştirak etmək üçün seçilmiş 45 iştirakçı siyahısında yer alıb. 1 Fevral tarixində baş tutan dördüncü yarımfinalda çıxış edən qrup Black Bicepsdən sonra ən yaxşı ikinci tamaşaçı səsverməsi xalını əldə edib. 15 Fevralda baş tutan finalda isə superfinala vəsiqə qazanaraq 15 889 xalla qalib gəlib. Beləcə Katarsis “Tavo akys”lə Litvanı 69-cu Avroviziya mahnı müsabiqəsində təmsil etmək hüququ qazanıb.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






