Əsl adı Emmy Kristine Guttulsrud Kristiansen olan Emmy 13 sentyabr 2000-ci il tarixində Norveçin Holmestrand qəsəbəsində gözünü açıb. Emmy uşaqlıqdan musiqi fəaliyyəti ilə məşğul olur. Hazırda müğənni, mahnı yazarı, tik-toker və qrafik dizayner kimi fəaliyyət göstərir. İlk dəfə peşəkar olaraq 2015-ci ildə “Melodi Grand Prix”-in uşaqlar üçün olan versiyasında səhnə alır.
Qeyd edək ki, Emmy MGP azarkeşləri üçün yad bir isim deyil. O daha əvvəl 2021-ci ildə “Witch Woods” adlı mahnı ilə müsabiqənin finalına vəsiqə qazanmış, lakin nəticə etibarilə Tix-ə qarşı olan mübarizədə uduzmuşdur. Bundan sonra ifaçı bir neçə sinql və mahnılar buraxaraq karyerasını lokal miqyasda davam etdirmişdir.
Emmy-nin Avroviziya macarası bununla yekunlaşmır. O, 2023-cü ildə Norveç münsif heyətinin tərkibində yer alır. Eyni şəkildə 2024-cü ildə də MGP-də iştirak edir, ancaq, bu dəfə mahnı yazarı olaraq. Yazarın fəaliyyəti bununla yekunlaşmır. O, bu il Latviyanın seçim turunda iştirak edən “Citi Zeni” qrupunun “Ramtai” adlı mahnısının yazılmasında da iştirak edib.
MGP-də özünü sınadıqdan sonra, Emmy artıq özünü İrlandiya ilə sınamaq qərarına gəlir və “Laika Party” adlı eurodance tərzini anımsadan mahnısı ilə həm münsif, həm də SMS səsverməsini qazanaraq, Bambie Thug-un uğurunu davam etdirmək məqsədilə Bazelə yola düşmək hüququ qazanır. Mahnının janrı sizi aldatmasın…”Laika” əslində SSRİ dövründə kosmosa göndərilən eyni adlı itin faciəvi həyat hekayəsindən ilhamlanaraq, Norveçdə mahnı yazma düşərgəsində hazırlanıb. İfaçı qeyd edir ki, Laika fəzaya qalxaraq, kainatda ölümsüzlük qazanmış, sonsuz davam edən bir partinin içində yer alır. Mahnı 15 may tarixində keçiriləcək 2-ci yarımfinalda mübarizə aparacaq.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






