Əsl adı Anne Edwige Maria Piechert olan Louane, 26 noyabr 1996-cı ildə Fransanın Sent-Ketrin şəhərində, ailənin beşinci uşağı olaraq dünyaya gəlir.
Uşaqlıqdan bacı-qardaşlarından fərqlənən Louane-yə səkkiz yaşında diqqət çatışmazlığı və hiperaktivlik pozğunluğu (ADHD) diaqnozu qoyulur.
O, 12 yaşında “L’École des Stars” adlı musiqi yarışmasına qatılaraq sənətə ilk addımlarını atır. Daha sonra, 17 yaşında “The Voice: France” yarışmasına qoşularaq dörd münsifi də heyran etməyi bacarır və müsabiqəni 6-cı sırada tamamlayır. Təəssüf ki, bu müddətdə Louane həm atasını, həm də anasını itirir.
2015-ci ildə ilk albomu “Chambre 12”ni təqdim edir və “Avenir” mahnısı ölkə çartlarında birinci yerə yüksəlir. Louane yalnız musiqi ilə deyil, aktyorluqla da məşğul olur. Hətta onun “Sezar” və “Lumière” mükafatları da var.
2020-ci ildə o, analıq duyğusunu yaşayır. Florian Rossidən olan Esmée adlı bir qızı dünyaya gəlir.
Nəhayət, 30 yanvar 2025-ci ildə Louane Fransanın Avroviziya təmsilçisi olaraq açıqlanır. Onun mahnısı 15 martda təqdim ediləcək.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






