Justyna Maria Steczkowska 2 avqust 1972-ci ildə Polşanın Rzeszów şəhərində anadan olub. Bacarıqlı ifaçı sadəcə vokalist deyil həm də, bəstəkar, söz yazarı, skripkaçı və media üzü, bəzən kino və teatr aktrisası, televiziya aparıcısı, modelyer və fotoqrafdır.
1995-ci ildə ‘’Moja intymność” mahnısı ilə Karlşamnda Baltik Mahnı Festivalının qalibi olmuşdur. Həmin ilin may ayında o, “Sama ” mahnısı ilə Polşanı təmsil edərək Dublində keçirilən 40-cı Avroviziya Mahnı Müsabiqəsinin finalında 18-ci yeri tutmuşdur.
Kariyerasına ara verməyən bacarıqlı müğənni 1996-cı ildən 19 studiya albomu, o cümlədən 13 solo albom buraxmışdır.
2023-cü ilin noyabr ayında Justyna ‘’Nasz wspólny świat” mahnısına klip və ‘’Witch Tarohoro’’ adlı albomunu buraxıb. Dekabrın 8-də isə o, albomu təbliğ edən ümummilli turnenin bir hissəsi olaraq Varşavada ilk konsertini verib.
Albumda yer alan ‘’Gaja’’ mahnısını isə bu il Avroviziyada Polşanı təmsil etmək üçün seçim turlarına yollayan müğənni 14 Fevral tarixində baş tutan final gecəsini qələbə ilə başa vuraraq ölkəsini təmsil etmək haqqı qazanıb.
Justyna bu ilin may ayında birinci yarımfinalda final uğrunda mübarizə aparmaq üçün Bazelə yollanacaq.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






