Tanış ol – Erika Vikman!

20 fevral 1993-cü ildə Tampere şəhərində müğənni ailəsində doğulan Erika Vikmanın karyerası, demək olar ki, doğulduğu gündən başlayır. Ailəsindən ilham alan Erika, 2008-ci ildə “Junior Tango” yarışmasına qatılır və qalib gəlir.

Erika, istedadını daha da peşəkarlaşdırmaq üçün Pirkanmaa Musiqi Kollecində Pop-Caz vokalı üzrə təhsil almağa başlayır. Ardınca, dünyanın ən qədim tango yarışması olan Tangomarkkinata qatılır və qalib gələrək “Tango Kraliçası” ünvanını qazanır.

Erika həmin il həyətində böyük bir dəyişiklik etməyə qərar verir və özündən 51 yaş böyük, Finlandiyanın məşhur müğənnisi Danny ilə evlənir. Bu addım, gözlənildiyindən daha çox reaksiya doğurur. 

Lakin bu evlilik yalnız 4 il davam edir. 2020-ci ilin əvvəlində, Erika boşandığını elan edir və açıqlamasında, biseksual olduğunu, başqa bir qadına aşiq olduğunu söyləyir.

Erika ilk dəfə 2016-cı ildə “Ettei mee elämä hukkaan”ı təqdim edərək musiqi sənayesinə rəsmi olaraq daxil olur. 2020-ci ildə Erika, “Uuden Misiikin Kilpailu 2020” yarışmasına qatılmaq qərarına gəlir və “Cicciolina” adlı mahnısını təqdim edir. Xalq səsverməsini qazanmasına baxmayaraq, yarışmanı ikinci sırada tamamlayır.

Lakin bu, onun müvəffəqiyyət yolunda bir əngəl olmur. Daha sonra “Erika Vikman” adlı ilk albomunu təqdim edir və Finlandiya musiqi sıralamalarında birinci yerə yüksəlir.

Və nəhayət, 5 il sonra Erika Vikman yenidən “Uuden Musiikin Kilpilau 2025”ə qatılır və “Ich Komme” adlı mahnısı ilə qalib gələrək, ölkəsini Avroviziya 2025-də təmsil etmə şansı əldə edir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Tanış Ol – Justyna Steczkowska

Mamagama Avroviziya 2025-də “Run With U” deyəcək!

Rəy bildir