Avroviziya 2025 mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Mamagama qrupunun daha əvvəllər də müsabiqədə təmsilçi olmağa namizədliyini verdiyini bilirdin?
Yəqin ki, siz onları 2023-cü il üçün seçimlərə qatılması və daxili seçimlərin final mərhələsinə qədər gəlməsini artıq bilirdiniz. “River” bəstələri ilə qatıldıqları seçimlərdə böyük sevgi görsələr də təmsilçi olmağa nail ola bilməmişdilər. Amma və lakin, bu əslində qrupun ilk müraciəti deyildi.
Qrup Mamagama 2022-ci ildə də təmsilçi olmağa çox yaxın idi. Onlar “My Medicine” mahnısı ilə Avroviziya daxili seçimlərinin favoritlərindən biri idi. Nəticə etibarı ilə ilk dəfə həmin il başladıqları Avroviziya eşqi və istəyinə “Atalar 3-dən deyib.” məsəlinin bir daha öz təsdiqini tapması ilə 2025-ci ildə nail ola bildilər.
Qeyd edək ki, Mamagama qrupu Avroviziya 2025 mahnı müsabiqəsinin birinci yarımfinalında çıxış edəcək.






sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






