“Eurosong 2025″in ilk mahnıları təqdim olunub – Belçika Avroviziyaya hazırlaşır

Belçika milli finalı “Eurosong 2025″də yarışacaq səkkiz iştirakçıdan, dördünün mahnılarından qısa hissələr və mahnıların isimləri təqdim olunub.

Səkkiz iştirakçı 19 və 25 yanvar tarixlərində mahnılarını ilk dəfə “Eurosong” proqramında səsləndirəcək. Bundan başqa seçdikləri bir Avroviziya mahnısını da proqramda canlı olaraq oxuyacaqlar.

Digər səkkiz iştirakçının mahnılarından qısa hissələr isə 20 yanvar tarixində təqdim olunacaq.

İlk proqram (təqdimat):

  1. Grace – Pull Up
  2. LEEZ – Perfectly Imperfect
  3. Le Manou – Fille à papa
  4. Lenn – Air Balloon

Mahnıları buradan dinləyə bilərsiniz.

İkinci proqram (təqdimat):

  1. Jelle van Dael – Monster
  2. Mentissa – Désolée
  3. Stefanie Callebaut – Gloria
  4. Red Sebastian – Strobe Lights

Le Manou və Mentissa fransız dilində mahnı ilə müsabiqədə yarışacaq. Münsiflər isə Avroviziyanın dörd tanınmış siması və on bir musiqi professionalından ibarətdir. Tanınmış simalar isə sırası ilə Emmelie De Forest, Gustaph, MEROL və Bart Cannaerts-dən təşkil olunub.

“Eurosong 2025” qalibi 1 fevralda keçiriləcək böyük finalda münsif və xalq səslərinin birləşməsi ilə təyin olunacaq. Müsabiqənin aparıcısı Peter Van de Veire olacaq. Milli finalın qalibi Belçikanı Avroviziya 2025-də təmsil edəcək.

Xatırladaq ki, ölkəni ötən müsabiqədə Mustii “Before The Party’s Over” adlı mahnısı ilə təmsil etmiş, lakin finala vəsiqə qazana bilməmişdi.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Avroviziyadan sonra toyda necə oxuyarsan? – Ayaz Babayev

Avroviziya 2025 mətbuat rəhbəri təyin edildi – Turab Teymurov

Rəy bildir