Avroviziya 2025 nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova olacaq

Azərbaycanın Avroviziyada nümayəndə heyətinə yeni rəhbər təyin olunub.


Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri dəyişib. Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, nümayəndə heyətimizin yeni rəhbəri vəzifəsinə tanınmış aparıcı, hazırda Avroviziyada Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri Nurlana Cəfərova təyin olunub.


Məlumat üçün qeyd edək ki, Nurlana Cəfərova 2006-cı ildən televiziya və radio sahəsində fəaliyyət göstərir. Əvvəllər o, 2014-2016-cı illərdə 106 FM radiosunun direktoru, 2017-2020-ci illər ərzində Azərbaycan Televiziyasının Musiqi və Əyləncəli proqramlar redaksiyasının baş redaktoru vəzifələrində, daha sonra İctimai Televizyada aparıcı vəzifəsində çalışıb.


Digər dəyişikliyə görə isə İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin direktoru Maksim Tsurkova yeni səlahiyyət verilib. Belə ki o, həm də Avroviziya layihəsi üzrə Şirkətin Baş Direktorunun müşaviri vəzifəsini icra edəcək.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Avroviziya 2025 üçün 154 mahnı göndərilib

Uşaq Avroviziya 2024 qalibi Gürcüstan oldu – Azərbaycan geri dönəcək?

Rəy bildir