İtaliyanı Avroviziya 2024-də Angelina Mango təmsil edəcək

Angelina Mango “La noia” mahnısı ilə 74-cü Sanremo Festivalının qalibi seçilib.

O bu qalibiyyətlə bu ilin mayında Malmödə keçiriləcək Avroviziya Mahnl Müsabiqəsində ölkəsini təmsil etmək fürsətini də əldə edib. İtalyan izləyicilərin könlünü qazanan Angelina Mango avropa izləyicisinin rəğbətini “La noia” ilə qazanmağa çalışacaq.

Dörd platin, iki qızıl rekordlu, turlarına satışa çıxarılan biletləri tamamilə satılan və radioda ən çox səslənən mahnıların sahibi olan Angelina Mango 2023-cü ilin İtaliyada ən çox tanınan ulduzlarından olub.

Onu da qeyd edək ki müğənni son 10 ildə Sanremo Festivalını qazanan ilk qadın sənətçidir.

Mənbə: Eurovisionworld.com / EBU/Eurovision.tv


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

İrlandiyanı Avroviziya 2024-də Bambie Thug təmsil edəcək

Latviyanı Avroviziya 2024-də Dons təmsil edəcək

Rəy bildir