Bu həftə Andorra dövlət kanalı RTVA-nın Məzmun Meneceri Dani Ortola Eurofestivales-ə Andorranın gələn il İsveçdə baş tutacaq müsabiqəyə qatılmayacağını açıqlamışdı.
Lakin yayımçı kanal RTVA hələki ESCToday-ə müsabiqəyə qatılıb-qatılmayacağı barədə rəsmi məlumat verməyib.
RTVA ESCToday-ə bildirib ki, onlar hələ ki, müsabiqəyə qayıtmaq üçün qiymətləndirmə aparırlar və araşdırmalar edirlər. Andorranın “Avroviziya 2024″ə qatılıb-qatılmayacağına son anda qərar verəcəklər.
Andorra yayımçı kanalı son dəfə 2009-cu ildə müsabiqədə iştirak edib.
Xatırladaq ki, ölkənin “Avroviziya 2009” təmsilçisi Susanne Georgi ötən ayların birində verdiyi müsahibəsində ölkənin “Avroviziya 2022″yə qatılması üçün şifahi razılığın alındığını, lakin bunun baş vermədiyini açıqlamışdı.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






