
68-ci Avroviziya Mahnı Müsabiqəsi Loreen-in ötən ilki qələbəsinin ardından İsveçə təkrar gəlmiş oldu. 2024-cü ildə yarışmaya ev sahibliyi etmək üçün ölkənin üç ən böyük şəhəri olan Stokholm, Göteborq və Malmö, eləcə də daha əvvəl müsabiqəyə ev sahibliyi etmiş bir neçə şəhərlər namizədlik irəli sürdü. Nəticədə isə Avroviziya 2013 mahnı müsabiqəsinə ev sahibliyi etmiş Malmö şəhəri və Malmö Arena bir kərə daha müsabiqəyə ev sahibi etmək hüququ əldə etdi.
Ötən il ilə müqayisədə iştirakçı ölkə sayında bir fərq olmasa da, Lüksemburq Avroviziyaya illər sonra geri dönmək qərarı aldı. Ümumilikdə isə Rumıniyanın müsabiqəyə fasilə verməsi səbəbilə iştirakçı ölkə sayı 37 olaraq qaldı.
Müsabiqənin birinci yarımfinalı 7 may, ikinci yarımfinalı 9 may, böyük finalı isə 11 may tarixində baş tutdu və müsabiqəyə Petra Mede ilə Malin Åkerman aparıcılıq etdi.
Müsabiqədə hər il dəyişən loqotip və sloqan (şüar) üçün yeni qərar qəbul edildi və bundan sonra Malmödə keçirilən müsabiqə daxil olmaqla növbəti illərdə artıq müsabiqənin bir şüarı olacağı və dəyişməyəcəyi qərarı gəldi – “United By Music”
Müsabiqədə qalib ölkə İsveçrə oldu. Ölkəni “The Code” mahnısı ilə Nemo təmsil edirdi ki, bu da İsveçrəyə 1956 və 1988-ci illərdəki qələbədən sonra 3-cü qalibiyyət oldu. Bununla da Avroviziya və büllur mikrofon vətəninə geri dönmüş oldu.
Maraqlı faktlar:
- Niderland müsabiqənin yarımfinalından final mərhələsinə vəziqə qazansa da, final öncəsi müsabiqənin təşkilatçıları tərəfindən diskvalifikasiya edildi. Bununla da favoritlərdən hesab olunan Joost Klein və Niderland müsabiqədən uzaqlaşdırılsa da, final günü səsvermədə iştirak etdi və ümumilikdə 36 ölkə qələbə uğrunda mübarizə apardı.
- Münsif səsverməsində İsveçrə 1-ci olsa da, xalq səsverməsinə görə 5-ci yerdə idi. Lakin ümumi xal hesabı ilə qələbə yenə də Nemonun oldu.
- 2012-ci ildən bəri Avroviziya ilə yollarını ayıran Türkiyə üçün böyük bir həsrət yaşanırdı ki, ikinci yarımfinal günü Türkiyənin ilk və tək Avroviziya qalibi Sertab Erener həmkarları, Helena Paparizou və Charlotte Perrelli ilə birgə Malmö səhnəsini bölüşdü və məşhur “Everyway That I Can” mahnısını ifa etdi.
- Azərbaycan 2024-cü ildə də müsabiqənin finalına vəsiqə qazana bilmədi və nəticədə ardıcıl 2 il ölkəmiz finalda iştirak etmədi.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






