RUMINİYA KANALI AVROPA YAYIM BİRLİYİNİ MƏHKƏMƏYƏ VERƏCƏK?

Avropa Yayım Birliyinin 6 ölkənin qayda pozuntusu ilə bağlı bəyənatından sonra Rumıniya dövlət kanalı TVR AYB-ni hədələyib.

Kanal AYB-ni məhkəmə ilə hədələyərkən, ölkənin Avroviziyadan da çəkilə biləcəyini söyləyib.

Buna səbəb isə Rumıniya dövlət kanalı iddia edir ki, ikinci yarımfinalda Monteneqro, Belçika, Avstraliya və İsveç bir-birinə taktiki səslər verib:

Avstraliyanın münsif səsləri: 12 xal İsveç, 8 xal Belçika;

Belçikanın münsif səsləri: 12 xal İsveç, 8 xal Avstraliya;

İsveçin münsif səsləri: 12 xal Avstraliya, 8 xal Belçika;

Rumıniya dövlət kanalı TVR, bu qərardan sonra, AYB-nin “ikili standart”-lar apardığını söyləyib:

“Texniki problem yox idi! Eda Markus canlı yayıma hazır idi və əlaqə mükəmməl işləyirdi. Moldovaya 12 xal verən Rumıniya münsiflər heyətinin əlindən xallarının alınması yalnız ikili siyasət ola bilər.

Kanalın imicini nəzərə alaraq artıq Avroviziyadan çəkilmə məsələsi masadadır. Bundan başqa AYB-nin məhkəmə işini də baxılacaq.”


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

İTV AYB-DƏN İZAHAT TƏLƏB EDİB

İSPANİYA YENƏ “BENIDORM FEST” İLƏ AVROVİZİYA TƏMSİLÇİSİNİ SEÇƏCƏK.