Çoxdan gözlədiyimiz amma haqqında o qədər də məlumatımız olmayan “Avroviziya 2021” səhnəsində Azərbaycanı təmsil edəcək mahnı haqqında artıq yavaş-yavaş xəbərlər gəlməyə başlayır.
Daha öncə mahnı qəbuluna start verən, və daha sonra Fevralın 1-nə qədər uzadılan bu prosesdən sonra, Efendinin vokal müəllimi Mila Miles öz Instagram hesabında suala cavab verərək, mahnının Martın ikinci həftəsində təqdim olunacağını açıqladı.

Hal-hazırda bütün heyət üzvləri mahnıları bir-bir dinləyib, aralarında ən çox bəyənilənləri Efendinin ifasında yazırlar. Daha sonra, “shortlist” tam formalaşandan sonra, mahnılar xüsusi yaradılmış “Focus Group”-a təqdim olunacaq. Ən çox səs yığan mahnı “Avroviziya 2021” mahnı yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






