Xalq artisti Aygün Kazımova bu il Azərbaycanı Avroviziya səhnəsində təmsil edən JIVA haqqında fikirlərini bölüşüb.
Konsert öncəsi media nümayəndələrinin suallarını cavablandıran sənətçi bildirib ki, Avroviziya hər zaman Azərbaycan tamaşaçısı üçün xüsusi həyəcan yaradıb və builki təmsilçimiz də səhnədə yadda qalmağı bacarıb:
“Biz Avroviziya həyəcanını hər il yaşayırıq. Bizim təmsilçilərimizin, “Nero” qrupunun “S.O.S” mahnısı ilə çıxışı bizə çox xoş oldu. Yeri gəlmişkən, bizim qız da — JIVA çox gözəl iştirak etdi. Amma mən söyləmək istəyirəm ki, bu cür yarışmalar bir olimpiada kimidir. Qalibiyyətdən öncə əsas gözəl çıxış və yadda qalmaqdır. Və JIVA da ölkəmizi çox gözəl təmsil etdi. Minnətdaram ona buna görə”, — deyə Aygün Kazımova bildirib.
Xalq artistinin sözlərinə görə, beynəlxalq musiqi yarışmalarında əsas məqam yalnız nəticə deyil, tamaşaçının yaddaşında iz buraxmaqdır. O, JIVA-nın Avroviziya səhnəsində uğurlu performans nümayiş etdirdiyini vurğulayıb.
Qeyd edək ki, JIVA dünən keçirilən “Avroviziya 2026” yarımfinalında səhnəyə “Just Go” mahnısı ilə çıxıb və çıxışı sosial şəbəkələrdə ən çox müzakirə olunan performanslardan birinə çevrilib.
Azerbaycan təmsilçisi xüsusilə səhnə enerjisi, tüstü effektləri və emosional pop-ballada performansı ilə diqqət çəkib. Avroviziya fan səhifələri və Reddit istifadəçiləri JIVA-nın səhnə hakimiyyətini və güclü vokalını geniş müzakirə ediblər.
Lakin gecənin ən çox danışılan anı çıxışın sonunda yaşanıb. JIVA tamaşaçılara “Thank you Europe!” dedikdən sonra işlətdiyi “bussi” sözü bir çox izləyici tərəfindən yanlış eşidilib və bu məqam sosial mediada viral olub. Sonradan məlum olub ki, “bussi” Avstriyada “öpüş” mənasında işlənən gündəlik ifadədir.
“Just Go” mahnısı ilə ikinci yarımfinalda 2-ci sırada çıxış edən JIVA həm vizual şousu, həm də emosional vokalı ilə yadda qalıb. Avroviziya izləyiciləri performansı “enerjili”, “müasir pop ruhunda” və “səhnədə özünəinamlı” kimi xarakterizə ediblər.
Bununla belə, Azərbaycan builki müsabiqədə finala vəsiqə qazana bilməyib.
JIVA daha əvvəl “The Voice of Azerbaijan” yarışmasının qalibi kimi tanınıb və bu il “Just Go” mahnısı ilə ölkəni “Avroviziya 2026” səhnəsində təmsil edib.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






