San Marino “Avroviziya 2026” mahnı müsabiqəsində ölkəni təmsil edəcək ifaçını müəyyənləşdirib.
Seçim “San Marino Song Contest 2026” adlı milli final vasitəsilə həyata keçirilib. Nəticələrə əsasən qalib Senhit feat. Boy George – “Superstar” mahnısı olub olub. Bu isə o deməkdir ki, Senhit artıq dördüncü dəfə ölkəsini müsabiqədə təmsil edəcək.
Müsabiqədə ümumilikdə 21 ifaçı çıxış edib. Onlardan 10-u yarımfinal mərhələlərindən finala yüksəlib, digər 11 iştirakçı isə San Marino yayımçısı tərəfindən birbaşa finala dəvət olunub.
Gecənin aparıcısı televiziya siması Simona Ventura olub.
Finalda yarışan ifaçılar və mahnılar aşağıdakı kimi olub:
Andreas Habibi feat. AURA – All We Need Is Love
Anna Smith – Bruised
Dolcenera – My Love
Edward Maya, William Imola – Ball
Inis Neziri – In My Head
Iuna – Freedom Calling
Klem – Ok Respira
Kelly Joyce – Oh Là Là
L’Orchestraccia – Cara Madre Mia
Luka Basi – Chicolo
Magdalena Tul – I’ll Be Around
Marco – Shine
Matias Ferreira – Paura
Maya Azucena – My Sin
Molella, Maxé – Fever
MYKY – Outta Tune
ORPHY – Rise Again
Paolo Belli – Bellissima
Peelgrina Pibigas – Il Giorno Che
Rosa Chemical – Mammami
Senhit feat. Boy George – Superstar
Finalda qalib beş nəfərlik münsiflər heyətinin səsverməsi ilə müəyyənləşdirilib və həmin ifaçı San Marinonu “Avroviziya 2026” müsabiqəsində təmsil etmək hüququ qazanıb.
Şou zamanı bir sıra xüsusi qonaqlar da səhnəyə çıxıb. Onların arasında italiyalı müğənnilər Al Bano, Cristiano Malgioglio, Elettra Lamborghini, həmçinin Avroviziya pərəstişkarlarına tanış olan Tommy Cash yer alıb.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






