İlqarə Kazımova: İndi təklif gəlsə Avroviziyaya tam hazıram – Aygün Kazımovanın qızı Avroviziyadan danışdı!

Ölkəmizin əsas ulduzlarından biri olan Aygün Kazımovanın qızı müğənni İlqarə Kazımova, ötən gün Avroviziya haqqında danışıb.

Xəzər televiziyasında yayımlanan “İncə səhər”verilişinə danışan İlqarə Kazımova, ona ünvanlanan Avroviziya ilə bağlı suala belə cavab verib:

Mən əlbəttə ki, ölkəmi Avroviziyada təmsil etsəm çox şad olaram. Yaxşı ki, 2011-ci ildə mən seçilmədim, çünki onda yaşım çox az idi və təcrübəsiz idim. Amma indi buna tam hazıram.

Mənə Avroviziya ilə bağlı təklif gəlməyib, amma gəlsə təmsil etmək istəyərəm.

Qeyd edək ki, İlqarə Kazımova 2011-ci ildə keçirilən Azərbaycan milli finalında iştirak etmiş və finala qədər yüksəlmişdi. Finalda isə müğənni üçüncü sırada qərarlaşmışdı.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Birləşmiş Krallığı “Avroviziya 2026”da LOOK MUM NO COMPUTER təmsil edəcək

Belçikanı “Avroviziya 2026”da ESSYLA “Dancing on the Ice” adlı mahnısı ilə təmsil edəcək

Rəy bildir