Melodifestivalen: Bu gün üçüncü tur baş tutacaq

Bu gün İsveçdə “Melodifestivalen 2026” mahnı müsabiqəsinin üçüncü turu baş tutacaq.

İsveçi Avroviziya mahnı müsabiqəsində təmsil edəcək ifaçının və mahnının müəyyənləşməsi istiqamətində mühüm mərhələlərdən biri olan bu turda 6 iştirakçı səhnəyə çıxacaq.

Üçüncü tur 14 fevral 2026-cı il tarixində, Bakı vaxtı ilə saat 23:00–00:30 aralığında keçiriləcək. Şou Kristianstad şəhərində yerləşən “Kristianstad Arena”da baş tutacaq.

Gecənin aparıcıları tanınmış televiziya simaları Gina Dirawi və Hampus Nessvold olacaq.

Üçüncü turda səhnəyə çıxacaq iştirakçılar və mahnıları aşağıdakılardır:

Patrik Jean – “Dusk Till Dawn”;

Korslagda – “King of Rock ‘n’ Roll”;

Emilia Pantić – “Ingenting”;

Medina – “Viva L’Amor”;

Eva Jumatate – “Selfish”;

Saga Ludvigsson – “Ain’t Today”.

Bu turda nəticələr 100% ictimai səsvermə əsasında müəyyən olunacaq. Tamaşaçılar həm canlı yayım zamanı, həm də tətbiq vasitəsilə sevimli ifaçılarına səs verə biləcəklər.

Turun yekununda:

— 2 iştirakçı birbaşa finala vəsiqə qazanacaq;

— 1 iştirakçı isə ikinci şans mərhələsinə yüksələcək.

Üçüncü tur İsveçin ictimai yayımçısı olan “Sveriges Television” (SVT) tərəfindən yayımlanacaq. Tamaşaçılar şounu “SVT Play” platforması üzərindən canlı izləmək mümkündü.

Xatırladaq ki, bu turda iştirakçılar arasında ölkəmizin “Avroviziya 2019” bekvokalçılarından Patrik Jean da var.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Sing for Greece 2026” finalistləri bəlli olub – Kim qalib olacaq?

Bu gün Danimarka seçimlərinin final gecəsidir

Rəy bildir