Rumıniya Avroviziya 2026-a hazırlaşır.
İki illik fasilədən sonra Rumıniya yenidən “Avroviziya” mahnı müsabiqəsinə qayıdır. Ölkə 2026-cı il üçün həm təmsilçisini, həm də mahnısını “Selecția Națională 2026” adlanan milli seçim turu vasitəsilə müəyyən edəcək. Artıq seçim prosesinin ilk mərhələsi başa çatıb və finalçıların adları açıqlanıb.
Milli seçim turuna ümumilikdə 101 mahnı təqdim olunub. Peşəkar münsiflər heyəti təqdim edilən bütün mahnıları dinlədikdən sonra 10 ifaçını final mərhələsinə vəsiqə qazandırıb. Seçim yalnız dinləmə əsasında həyata keçirilib və əsas diqqət mahnıların keyfiyyətinə, potensialına və Avroviziya səhnəsinə uyğunluğuna yönəlib.
“Selecția Națională 2026”nın ilk mərhələsində qərarı aşağıdakı münsiflər verib:
- Andreea Bălan
- Andrei Tudor
- Cristian Marica Rădoi
- Cristian Tarcea (Monoir)
- Doru Ionescu
- Elena Popa
- Marius Dia
Münsiflər heyəti Rumıniya musiqi sənayesində tanınmış simalardan ibarətdir və onların seçimi ölkənin Avroviziya səhnəsində daha güclü təmsil olunması məqsədi daşıyır. Final mərhələsinə vəsiqə qazanan 10 iştirakçının adı bu gün Bakı vaxtı ilə saat 22:00-da TVR kanalında yayımlanan xəbərlər proqramında elan olunub.
- Alejandro Zandes & Emil Rengle – «Bailando Solo»
- Alexandra Căpitănescu – «Choke Me»
Edward Maya x LavBbe x Costi – - Edward Maya x LavBbe x Costi – «Everybody Needs Somebody»
- Emi Alupei – «Tili Bom»
- HVNDS – «HVNDS – Dor»
- Monica Odagiu – «Fereastră Pentru Un Orb»
- Olivia Addams – «Croco»
- Robert Lukian – «Fire to the lies»
- Yguana – «Happy Birthday»
- Vanu – «Therapy Enemy»
Əlavə olaraq “Wild Card” mərhələsi baş tutacaq ki, bazar gününə qədər yutubda ən çox izlənən çıxış finala vəsiqə qazanacaq.
İştirakçılar:
Alexa & Aria Moon – iELE
Antonio Pican – Humans
Bogdan Medvedi – Broken Heart
Impact – Bengalo
WRS – All the Way
Selecția Națională 2026”nın final mərhələsi 4 mart tarixində Buxarest şəhərində baş tutacaq. Final gecəsində Rumıniyanın Avroviziya 2026 üçün rəsmi təmsilçisi və mahnısı müəyyən olunacaq. Səsvermə mexanizmi ilə bağlı ətraflı məlumatın yaxın günlərdə ictimaiyyətə açıqlanması gözlənilir
Xatırladaq ki, Rumıniya ən son 2023-cü ildə Avroviziya mahnı müsabiqəsində iştirak edib. Həmin il ölkə yarımfinal mərhələsində 0 xal toplayaraq sonuncu yeri tutmuş və finala vəsiqə qazana bilməmişdi.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






