Uzun müddət fasilədən sonra müsabiqəyə qayıdan Bolqarıstan təmsilçisini seçir.
Bolqarıstan Avroviziya 2026 üçün milli seçim turunda artıq yarımfinal mərhələsini arxada qoyub. Müsabiqəyə hazırlıq çərçivəsində üç canlı şoudan ibarət seçim formatı müəyyən edilib və bu mərhələlər həm ifaçının, həm də mahnının seçilməsini əhatə edir.
Milli seçimin ilk iki mərhələsi Bolqarıstanı Avroviziya 2026-da təmsil edəcək ifaçının seçilməsinə həsr olunub. Bu mərhələlərdə iştirak edən sənətçilər münsiflər və tamaşaçıların səsverməsi nəticəsində finala yüksəlmək uğrunda mübarizə aparırlar. Üçüncü və son şouda isə artıq seçilmiş ifaçının Avroviziya səhnəsində səsləndirəcəyi mahnı müəyyən ediləcək.
“Natsionalna Selektsiya 2026 – Artist: Sümo-final” mərhələsi bu gecə yekunlaşıb. Gecənin aparıcıları Georgi Lyubenov və Boryana Gramatikova olub. Səhnəarxası reportajları isə Vladimira Ilieva təqdim edib.
Yarımfinalda 15 ifaçı səhnəyə çıxaraq daha öncə yayımlanmış mahnılarından birini təqdim edib. İştirakçı siyahısı isə belə olub:
- Dara;
- Dara Ekimova;
- Dia;
- Elizabet;
- Fiki;
- Innerglow;
- Kerana & Cosmonauts;
- Mihaela Fileva;
- Mihaela Marinova;
- Molec;
- Mona;
- Preyah;
- Roksana;
- Vall;
- Veniamin.
Yarımfinalın nəticələri ikihissəli səsvermə əsasında müəyyən edilib:
- 5 nəfərlik münsiflər heyəti hər ifaçıya 1-dən 5-ə qədər bal verib;
- Onlayn səsvermə zamanı isə iştirakçılar 15, 14, 13 və davam edən azalan ballarla qiymətləndirib.
7 iştirakçının finala vəsiqə qazanması gözlənilən yarımfinalda səsvermənin yekununda bərabərlik olub və adları sadalanan 8 ifaçı 31 yanvar 2026-cı ildə keçiriləcək “Artist Selection Final” mərhələsinə vəsiqə qazanıb.
- Dara;
- Mona;
- Mihaela Marinova;
- Molec;
- Preyah;
- Innerglow;
- Kerana & Cosmonauts;
- Roksana.
Xatırladaq ki, Bolqarıstanı ən son Avroviziya 2022 mahnı müsabiqəsində iştirak etmiş və finala vəsiqə qazana bilməmişdi.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






