Noam Bettan 6 mart 1998-ci ildə Fransadan İsrailə köç etmiş immiqrant ailəsində anadan olub. Uşaqlıq və yeniyetməlik illərini İsrailin Ra’anana şəhərində keçirib.
2018-ci ildə Noam Bettan “Aviv o Eyal” adlı realiti-şouda iştirak edərək finala yüksəlib və müsabiqəni üçüncü pillədə başa vurub. Bu iştirak onu İsrail musiqi səhnəsində tanınan gənc ifaçılardan birinə çevirib.
2021-ci ildə debüt albomu üzərində işləməyə başlayan Bettan ilk sinqli “בעיר שלי” (Beir Şeli) yayımlayıb və mahnı qısa müddətdə striminq platformalarında böyük uğur qazanıb. Elə həmin il “K.O (נוקאאוט – Nokaut)” adlı mahnısı da dinləyicilərin diqqətini çəkib.
2022-ci ildə “כביש מהיר” (Kviş Mahir) və “היום” (Hayom) mahnıları işıq üzü görüb. İlin sonunda isə “Bova” (Bova) adlı sinqli yayımlanıb. Bu mahnı radio və striminq platformalarında uğur qazanaraq Galgalatz rəsmi hit-paradında üçüncü yerə qədər yüksəlib.
2023-cü ilin mart ayında Noam Bettanın debüt albomu “מעל המים” (Meal Ha-Mayim) təqdim olunub. Albom Spotify İsrail albom siyahısında 21-ci yerə qədər yüksəlib. Avqust ayında isə “סכין בלב” (Sakin Balev) adlı sinqlı yayımlanıb.
2026-cı ilin yanvar ayında Noam Bettan İsrailin milli seçim müsabiqəsində qalib gələrək Avstriyanın Vyana şəhərində keçiriləcək 70-ci Avroviziya Mahnı Müsabiqəsində İsraili təmsil etmək hüququ qazanıb.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






