“Vidbir 2026″nın son iştirakçısı KHAYAT olacaq

“Vidbir 2026″da onlayn səsvermə nəticələri artıq məlumdur.

Ukraynanın Avroviziya 2026 üçün milli seçim turu “Vidbir”də həlledici mərhələ geridə qalıb. Onlayn səsvermənin nəticələrinin açıqlanması ilə finalda mübarizə aparacaq 10 ifaçının tam siyahısı rəsmiləşib.

Onlayn səsvermənin qalibi KHAYAT “Hertsy” adlı mahnısı ilə qapalı seçim yolu ilə müəyyənləşdirilən doqquz ifaçının sırasına qoşulub və bununla da “Vidbir 2026” finalının 10 nəfərlik heyəti formalaşıb. Finalda iştirak edəcək ifaçılar bunlardır:

Jerry Heil;
Laud;
Leléka;
Molodi;
Monokate;
Mr. Vel;
ShchukaRyba;
The Elliens;
Valeriya Force;
KHAYAT.

Qeyd edək ki, KHAYAT indiyədək “Vidbir” müsabiqəsində üç dəfə iştirak edib. O, ən uğurlu nəticəsini 2020-ci ildə “Call for Love” adlı mahnı ilə əldə edərək ikinci yeri tutmuşdu.

“Vidbir 2026” finalının keçirilmə tarixi ilə bağlı ətraflı məlumatın yaxın günlərdə yayımçı kanal tərəfindən açıqlanacağı gözlənilir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Avroviziya 2026” püşkatma nəticələri məlum oldu

Gürcüstanı “Avroviziya 2026”da qalib qrup təmsil edəcək – Bzikebi!

Rəy bildir