“Avroviziya 2026” səhnəsi bir neçə saat öncə rəsmi olaraq təqdim edilib. Səhnə tərtibatı izləyicilər tərəfindən maraqla qarşılanıb və sevilib. İndi isə gəlin səhnənin detalları ilə daha yaxından tanış olaq.
Qövsvari led divar;
Səhnənin mərkəzində, yarpaq formasında qövsvari LED divar yerləşəcək. Geniş yay effekti və detallı konstruksiya bu fərqli dizaynı tamamlayacaq.
“Vyana Secession” hərəkatının ruhu səhnə dizaynı konseptinin mərkəzində dayanır. Bu ideya bir zamanlar etdiyi kimi, ORF də şüurlu şəkildə mövcud qəlibləri dağıtmağı və yeni formalara yer açmağı hədəfləyir. Bu yanaşma yenilənmə cəsarətini, radikal yaradıcılığa açıqlığı və dizaynda azadlığı təmsil edir.

Səhnənin digər detalları ilə aşağıdan tanış ola bilərsiniz.
Yarpaq;
Mənşəyin və potensialın simvolu olan yarpaq yeni başlanğıcları və ortaq yaradıcılığı ifadə edir. Avropanın dörd bir yanından gələn fərqli musiqilər onun üzərində birləşir.

Qövsvari xətt;
Rezonansın, inkişafın və musiqi hərəkətinin ifadəsi olan kavisli xətt əlaqəni, emosiyanı və Vyanaya xas zərifliyi təcəssüm etdirir.
Qızılı konstruksiya;
Sənəti funksionallıqla birləşdirən qızılı konstruksiya nizam yaradır, bədii vizyonu dəstəkləyir və təbii kavisli xəttlə ziddiyyət təşkil edir.

Qeyd edək ki, Michael Kögler və Robin Hofwander Vyanada keçiriləcək 70-ci Avroviziya Mahnı Müsabiqəsinin rejissorluğuna cavabdeh olacaqlar.
Rejissor heyəti canlı şouların ərsəyə gətirilməsində Hollywood estetikasından ilham alacaq. Avroviziya tarixində ilk dəfə olaraq Arri kameralarından istifadə ediləcək və müsabiqə zərif, sinematoqrafik vizual üslubda tamaşaçılara təqdim olunacaq.
Eyni vizual yanaşma son vaxtlar Coldplay, Taylor Swift və Billy Joel kimi dünya ulduzlarının konsertlərində də tətbiq edilib.
Bundan başqa, Dorothee Freiberger və Martin Gellner avstriyalı bəstəkar Motsartın “Sehrli fleyta” operasından seçilmiş mahnıları “Avroviziya 2026”nın tema musiqisi üçün yenidən işləyəcəklər. Mahnılar ORF Vyana Radio Simfonik Orkestri tərəfindən ifa olunacaq.
Xatırladaq ki, “Avroviziya 2015”də yadda qalan tema musiqisi “Building Bridges” də Dorothee Freiberger tərəfindən bəstələnmişdi.
Buradan da aydın olur ki, gələn ilki musabiqə incəsənət ağırlıqlı və sinematik bir müsabiqə olacaq.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






