Johnny Logan: İsrail Avroviziyadan kənarlaşdırılmalıdır!

Avroviziyanın üçqat qalibi olan Johnny Logan İsrailin yarışmada qalması ilə bağlı fikirlərini bölüşüb. O bildirib ki, Avropa Yayım Birliyi (AYB) İsrailə müsabiqədə iştirak etməyə icazə verməməli idi.

RTÉ-nin “This Week” proqramında danışan irlandiyalı müğənni-bəstəkar deyib ki, İrlandiya yayımçısı RTÉ-nin gələn il keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində iştirak etməmək qərarı ilə fəxr edir.

“Düzü, məncə bu məsələdə RTÉ tamamilə düzgün addım atdı. Hesab etmirəm ki, İsrail Avroviziyanın ‘çətiri’ altında gizlənib hər şey normaldırmış kimi göstərməyə haqqı var. Elə bil ki, həyat öz axarı ilə gedir. Halbuki belə deyil. Düşünürəm ki, İrlandiyada çoxu bu fikirlə razılaşar.”

Johnny Logan iştirakdan imtina qərarının mahnı və ifaçı seçilməzdən əvvəl verilməsini müsbət qiymətləndirib.

O bildirib ki, lazım gəldikdə Avroviziya siyasi qərarlar verir və buna misal kimi Rusiyanın Ukraynaya hücumuna görə yarışmadan kənarlaşdırılmasını göstərib:

“Bu, qəbul edilən vəziyyət deyil. Rusiya ilə də belə etdilər… Deyirlər Avroviziya siyasi deyil, amma reallıqda lazım olanda siyasi olur. Avroviziya mənim həyatımda çox şeyə yaxşı təsir edib, amma bu mövzuda fikrim çox qətidir.”

Johnny Logan əlavə edib ki, Avropa Yayım Birliyi bu il İsrailin Avroviziyada iştirakına icazə verməməli idi:

“Məncə AYB İsraillə bağlı qərarı özü verməli idi, onları yarışmadan kənarlaşdırmalıydı və bu məsuliyyəti ayrı-ayrı ölkələrin üzərinə atmamalı idi. Amma vəziyyət bu cürdür. Yenə də düşünürəm ki, İrlandiyanın və RTÉ-nin atdığı addım tamamilə doğrudur. Onları yüz faiz dəstəkləyirəm.”

Sənətçi deyib ki, İsrail bu il Avroviziyadan “çıxarılmalıdır”.

“Bu, İsrail xalqı ilə bağlı deyil. Söhbət İsraildə qərar verən hökumətlərdən və rəhbərlikdən gedir.”

O əlavə edib ki, Avroviziyada iştirak özü böyük problem deyil, amma İsrailin yarışmaya buraxılması
“onların davranışlarına bir növ hörmət və qəbul olunma görüntüsü verir”.

Johnny Logan digər ölkələrin yayımçılarını da bu il Avroviziyanı boykot etməyə çağırıb.

Mənbə: RTÉ


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Uşaq Avroviziya 2025” məşqləri – Birinci gün

“Uşaq Avroviziya 2025” məşqləri – İkinci gün

Rəy bildir