İsrailin “Avroviziya 2026”da iştirakı ilə bağlı məsələ bu gün həll ola bilər – AYB-nin qərarı nə olacaq?

Aylardır Avroviziya gündəmindən düşməyən İsrail məsələsi bu gün baş tutacaq Avropa Yayım Birliyinin plenar iclasında həll ola bilər. İki gün davam edəcək iclasda önəmli məsələlərin müzakirəsi və yeni qərarların alınması gözlənilir.

İclasın təbii ki, əsas mövzuları səsvermə sisteminin dəyişməsi və bir sıra qabaqlayıcı tədbirlərin alınmasına baxmayaraq İsrailin müsabiqədəki iştirak problemidir.

İspaniya, İrlandiya, Sloveniya və Niderland da daxil olmaqla bir çox yayımçı kanal, İsrail yarışmada qalsa, yarışmadan çəkilmək ehtimalını açıq saxladığı üçün İsrailin “Avroviziya 2026”ya qatılması ciddi müzakirə mövzusuna çevrilib.

AYB, kütləvi şəkildə geri çəkilmə və böyük üzvlər tərəfindən ödənişlərin dayandırılması riskinə cavab olaraq, boykotla hədələyən yayımçılara yarışmanın “siyasi cəhətdən neytral” qalacağına və hökumət təsirindən qorunacağına dair zəmanət vermək məqsədilə bir sıra açıqlamalar və institusional tədbirlər yayımladı. Lakin görünür ki, bu açıqlamalar çox da effektiv olmayıb ki, ötən günlərdə İrlandiya, Sloveniya, Niderland və İspaniya yayımçı kanalları fikirlərinin dəyişmədiyini açıqlamışdı.

İsrail müsabiqədə qalmaqda qərarlıdır

Bu gün baş tutacaq iclasda əsas hədəf İsrail yayımçı kanalı KAN-nın təmsilçiləridir.

Kanal CEO-su Golan Yochpaz və hüquq müşaviri Ayala Mizrahi, İsrailin müsabiqədə iştirakını müdafiə etmək üçün Cenevrəyə gedib.

İsrail tərəfinə görə, kanal tərəfindən AYB qaydaları heç vaxt pozulmayıb, bu isə mümkün bir diskvalifikasiyanın hüquqi əsasının olmadığı deməkdir. KAN komandası yarışmaya siyasi müdaxilə iddialarının əsassız olduğunu və İsrailin “Avroviziya”dan kənarlaşdırılması üçün heç bir səbəb olmadığını sübut etməli olacaq.

İclasın qərarı nə olacaq?

Plenar iclas 4-5 dekabr tarixlərində baş tutacaq və bir sürpriz baş verməsə İsrailin talehi ilə bağlı qərar bu gün açıqlana bilər.

Ən böyük ehtimal odur ki, əgər iştirakçıların əksəriyyəti qaydalarda edilən düzəlişlərin, səsvermə quruluşunun və müsabiqənin nəzarət mexanizminin “Avroviziya”nın neytrallığını təmin etdiyinə inanarsa, İsrailin iştirakına dair heç bir səsvermə aparılmayacaq. Bu məsələ bununla bağlanmış sayılacaq və İsrail əvvəlki kimi normal şəkildə iştirakını davam etdirəcək.

Bununla belə, əgər edilən dəyişikliklərin geri çəkilməklə hədələyən ölkələri sakitləşdirmək üçün kifayətsiz olduğu qəbul edilərsə, məsələ iki mümkün nəticə ilə səsverməyə çıxarıla bilər.

Ya İsrailin iştirakı təsdiqlənəcək, ya da ölkə sadəcə “Avroviziya 2026”dan uzaqlaşdırılacaq.

Üçüncü, daha az ehtimal olunan ssenari isə odur ki, məsələ heç bir yekun qərar olmadan həll edilməmiş şəkildə qalacaq və gələcək proseslərə ötürüləcək. Deadline (son tarix) yaxınlaşdığı üçün və AYB aylarla təşkilatı narahat edən problemi həll etməyə hazır olmadığı üçün bu ssenarinin baş vermə ehtimalı aşağıdır.

Təkliflər və söz-söhbətlər var

Proses müddətində açıqlamaları və dik duruşu ilə ön plana çıxan ölkələrdən biri olan İspaniya da İsrail məsələsi ilə bağlı bir sıra təklifləri AYB-yə təqdim edib.

Belə ki, İspaniya dövlət kanalı RTVE, müharibə şəraitində müsabiqəyə qatılan ölkələrin Avroviziyadan uzaqlaşdırılması üçün AYB-yə müraciət edib.

Kanal bildirib ki, Ukrayna və İsrail kimi ölkələr müsabiqənin rəqabət ruhunu pozur. Bu səbəblə də ya neytral bayraq altında müsabiqədə varlıqlarını davam etdirsinlər, ya da tamamilə müharibə bitənə qədər müsabiqədə iştirak etməsinlər.

Bundan başqa, rəsmi olmasa da gəzən söz-söhbətlərə görə İsrail dövlət kanalı KAN TV, İsrail bayrağı altında müsabiqədə iştirakdan imtina etməyə hazır olduğunu da bildirib.

İclasdakı qərarların sızıntı olmazsa Bakı vaxtı ilə saat 20:00-da açıqlanması gözlənilir.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

Vyana “Avroviziya Mahnı Müsabiqəsi 2026”ya hazırlaşır: ORF-dən yaşıl və inklüziv Avroviziya planı

Finlandiya Avroviziyada gələcək iştirakı üçün şərtlərini açıqlayır

Rəy bildir