Artıq bir aydan çoxdur ki, İsraillə bağlı olan qalmaqallar səngimir. Bu səfər isə hədəf taxtasında bu ilin ev sahibi Avstriya dayanır.
Belə ki, Avstriya höküməti İsrailin Avroviziyadan kənarlaşdırılması ehtimalına qarşı sərt mövqe sərgiləyib.
Ölkənin dövlət katibləri bildiriblər ki, əgər İsrail yarışmadan diskvalifikasiya olunsa, onlar yayımçı kanala və Vyana şəhərinə təzyiq göstərəcəklər ki, yarışmanı təşkil etməkdən imtina etsinlər.
Məsələ burasındadır ki, Avstriyanın dövlət kanalı da görünür hökümətin bu mövqeyinə qarşı çıxmayacaq, çünki kanalın baş direktoru da açıq şəkildə İsrailə dəstəyini ifadə edib.
Xarici işlər naziri isə boykot çağırışları ilə bağlı aşağıdakı fikirləri səsləndirib:
“Mənasız və axmaqlıqdır. Təzyiqə və ya şantaja boyun əymək tamamilə səhv olar. Bu müsabiqə sənətçilər arasındadır, siyasətçilər arasında deyil”.
Əgər ölkə həqiqətən də yarışmanı keçirməkdən imtina etsə, Avstriya höküməti AYB-yə 40 milyon avro təzminant ödəməli olacaq. Çünki ölkə yazılı şəkildə “Avroviziya 2026″ya ev sahibliyi edəcəyini qəbul edib.
Bu vəziyyət isə AYB-ni Avroviziyanın ləğvi təhlükəsi ilə üz-üzə qoya bilər.
Mənbə: oe24
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






