İsrail Avroviziyadan kənarlaşdırılır: Türkiyə məsələyə qarışır

Orta Şərqdə baş verən böhrana görə Avropanın İsraillə siyasi münasibətləri gündən-günə gərginləşir. Bu gərginliyin ən çox müzakirə olunan tərəfi isə artıq musiqi sahəsinə – Avroviziya Mahnı Müsabiqəsinə sirayət edib. Son həftələrdə İsrailin müsabiqədə qalacağı və ya kənarlaşdırılacağı məsələsi Avropa mediasının əsas müzakirə mövzularından birinə çevrilib.


Bir çox Avropa ölkələri açıq şəkildə bəyan ediblər ki, əgər İsrail “Avroviziya 2026”da iştirak etsə, onlar bu yarışmaya qatılmaqdan imtina edəcəklər. Belə bir vəziyyət AYB-ni (Avropa Yayım Birliyi) məcbur edib ki, məsələnin taleyini səsvermə yolu ilə həll etsin.


Həlledici səsvermə noyabrda keçiriləcək

Məlumata görə, noyabr ayında keçiriləcək iclasda AYB üzvləri səsverməyə qatılacaq və İsrailin taleyi müəyyən olunacaq. Ən mühüm detal isə odur ki, səsvermədə yalnız Avroviziya 2026-da iştirak etmək niyyətində olan ölkələr yox, həm də bütün AYB üzvləri iştirak edəcək. Bu, deməkdir ki, qərar daha geniş miqyaslı olacaq və nəticə yalnız Avroviziya dairəsi ilə məhdudlaşmayacaq. Bu ölkələr arasında son günlər Azərbaycan adına mediası əsassız xəbərlər tirajlayan Türkiyə də olacaq.

Kimlər səs verəcək?

AYB-nin 68 üzvü səsvermədə iştirak edəcək. Qatılan ölkələrdən əlavə:

Vatikan

Andorra

Əlcəzair

Bosniya və Herseqovina

Bolqarıstan

Misir

Slovakiya

Macarıstan

İordaniya

Livan

Liviya

Şimali Makedoniya

Mərakeş

Moldova

Monako

Rumıniya

Tunis

Türkiyə

Bu siyahıdakı ölkələrin bəziləri uzun müddətdir ya Avroviziyadan kənarda qalıb ya da heç iştirak etməyib. Onların səsverməyə qatılması isə prosesi daha da maraqlı edir. Xüsusilə də Türkiyənin yenidən gündəmə gəlməsi müsabiqə aləmində böyük rezonans doğurub. Belə ki, Ankara 2012-ci ildən bəri Avroviziyada iştirak etmir, ancaq mümkün geri dönüş ehtimalı həm tamaşaçıları, həm də medianı həyəcanlandırır. Qeyd edək ki, hər il olduğu kimi bu il də Türkiyənin geri dönmə məsələsi son aylarda gündəmə gəlmişdir.

İsrailin taleyi: 50 % səs şərti

Qaydalara əsasən, İsrailin Avroviziyada qalması üçün ən azı 50 % “lehinə” səsi toplaması lazımdır.

Əgər İsrail lazımi dəstəyi toplaya bilməsə, ölkə Avroviziyadan kənarlaşdırılacaq. Bu isə həm müsabiqənin tarixində mühüm dönüş nöqtəsi olacaq, həm də Avropada İsrailin mədəni-siyasi təcridini daha da dərinləşdirəcək.

AYB üçün fürsət

Bütün bunların fonunda AYB üçün vəziyyət olduqca qəlizləşir. Nəzərə alsaq ki, müsabiqənin əsas sponsoru “MorocconOil” İsrail tərəfindən maliyləşir və İsrailin iştirakı ilə qurum izləyici və gəlirlər əldə edir, belə bir üzv ölkənin itirilməsi ilk baxışda AYB üçün heç yaxşı mənzərə yaratmır.

Məsələyə müsbət tərəfdən baxsaq, AYB çıxarılan ölkələrin yerinə 70 illiyə özəl yeni kanallarla əməşdaşlıq edib müsabiqəyə yeni nəfəs gətirə bilər. Bunlardan, Türkiyənin Avroviziyaya qayıdışı real ssenariyə çevrilə bilər. Ekspertlər hesab edirlər ki, İsrailin çıxarılması ilə müsabiqədə yeni balans yaranacaq və bu boşluğu doldurmaq üçün ən güclü namizədlərdən biri Türkiyə ola bilər. Türkiyə həm böyük diaspora səs bazası, həm də musiqi sənayesindəki nüfuzu ilə Avroviziyaya yeni nəfəs gətirə bilər. Bundan əlavə, Qazaxıstanı tamhüquqlu AYB üzvü edib, müsabiqədə Asiya rüzgarları əsdirmək olar.

Bütün bu gərginliklərin fonunda Azərbaycanın İctimai kanalının müsabiqə üzrə nümayəndələri açıqlama verərək bildirmişlər ki, Azərbaycan siyasətlə maraqlanmır və qatılmı digər ölkələrdən aslı deyil. Ölkəmizin noyabrda verəcəyi qərar isə həm ölkə, həm də qonşu ölkə ictimaiyyətləri tərəfindən maraqla gözlənilir. Xüsusilə, İctimai Tv-nin reportajlarından birində İsarili işğalçı dövlət adlandırması azarkeşlərin beynini müəyyən dərədəcə qarışdırıb.

Xülasə, noyabrda keçiriləcək səsvermə yalnız İsrailin deyil, həm də Avroviziyanın gələcəyini müəyyən edəcək. Bu qərar, Avropa ilə İsrail arasındakı siyasi münasibətlərin hansı istiqamətdə davam edəcəyinə dair mühüm göstərici olacaq. Bir tərəfdə təcrid riski ilə üz-üzə qalan İsrail, digər tərəfdə isə 70 illik əzəmətli tarixə malik Avroviziya mahnı müsabiqəsinin ləğv edilməsi dayanır. Sonda isə qeyd edək ki, bütün skeptik yanaşmalara rəğmən Avroviziya yenə də dünya arenasında mühüm yer oynamağa davam edir və uzun zaman bu belə olmağa davam edəcək.


sitesinden daha fazla şey keşfedin

Subscribe to get the latest posts sent to your email.

“Avroviziya 2026” səhnəsini Florian Wieder quracaq

“Uşaq Avroviziya 2025″də 18 ölkə iştirak edəcək – Azərbaycan da geri qayıdıb

2 thoughts on “İsrail Avroviziyadan kənarlaşdırılır: Türkiyə məsələyə qarışır

Rəy bildir