Avroviziya Mahnı Müsabiqəsi təkcə musiqi yarışması deyil, həm də illər ərzində formalaşan ənənələri və simaları ilə yadda qalır. Bəzi ölkələrdə səsvermə nəticələrini elan edən nümayəndələr uzun müddətdir ki, dəyişməz qalaraq tamaşaçıların yaddaşında xüsusi yer tutublar. Gəlin bu simaları daha yaxından tanıyaq!
Albaniya üçün Avroviziya səhnəsində “12 xal” dedikdə ağla gələn ilk ad şübhəsiz Andri Xhahudur. 2012-ci ildən bəri hər il, milyonlarla insanın izlədiyi o an gəldikdə – “And now, let’s find out who gets the famous 12 points from Albania…” – ekrana çıxan tanış sima məhz odur. Saç düzümü eyni, təbəssümü eyni, amma hər dəfə başqa bir kostyum və başqa bir zarafatla. Bu illər ərzində o, sadəcə xal açıqlayan bir nümayəndə deyil, Albaniyanın Avroviziyadaki rəsmi səsi, ruhu və bəlkə də bir az “maskotu”na çevrilib.
Avroviziyada xal təqdim edənlər arasında Philipp Hansanı artıq tanımayan yoxdur. Avstriyanın rəsmi səsi olan Philipp, 2019-cu ildən bəri Avroviziyada xal təqdim etmək üçün hər dəfə ekranda göründükdə, izləyiciləri həm sevindirir, həm də təkrarlanan bir dəyişikliyi ilə – o eyni köynək! Məşhur “Equality” köynəyi artıq onun rəsmi bir simvoludur.
Bir digər ənənəvi simamız isə Loukas Hamatsosdur. Kiprin əfsanəsinə çevrilən Loukas, nə az, nə çox, 10 dəfə Kiprin xallarını açıqlayıb. Hər il Kiprin xallarını açıqlamasından əlavə fərqli şəkildə “12 xalımız Yunanıstana gedir” deməsi ilə də tanınır.
Azərbaycanın Avroviziya tarixində ən tanınmış siması isə Tural Əsədovdur. Özünəməxsus yeri ilə seçilən Tural, 2015-2018-ci illər arasında Azərbaycanın Avroviziya xallarını açıqlayaraq bu unudulmaz mərhələdə iştirak edərək, unudulmaz bir simaya çevrilib.
Bu sabitlik bəziləri üçün qəribə görünə bilər. Axı niyə hər il eyni adam? Amma Avroviziya fanatları yaxşı bilir ki, bəzən bu dəyişməyən detallar müsabiqəni daha da özümüzünkü edir.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






