“Səs Azərbaycan” vokal müsabiqəsi tam sürətlə davam edir və artıq görmədən dinləmələr mərhələsinin sonuncu buraxılışına çatmışıq. Bu turda iştirakçılar və ustadlar arasında Avroviziya Mahnı Müsabiqəsi daim gündəmdədir. İstər ifa edilən mahnılarda, istərsə də ustadların şərhlərində Avroviziyanın adı mütəmadi hallanır. Biz də çox şadıq ki, bu müsabiqə Avroviziya ruhunu yaşatmaqda davam edir.
Bu müsabiqə eyni zamanda Avroviziya üçün yaradıcı sənətçi bazası rolunu oynayır və bizə yeni istedadları tanıtmağa davam edir. Ötən həftə yayımlanan buraxılış isə xüsusi bir anla yadda qalıb. Belə ki, Röya Ayxan və Eldar Qasımov arasında maraqlı bir dialoq baş verib.
İtalyanca opera ifa edən iştirakçılardan birinə heç bir ustad dönmədikdən sonra Röya Ayxan fikirlərini Avroviziya ilə bağlayaraq bölüşüb. O bildirib ki, əgər Avroviziya Mahnı Müsabiqəsinə getsəydi, məhz bu iştirakçı kimi oxuyardı. Röyanın sözlərinə görə, mahnının sözlərini başa düşmədikdə onun emosiyasını tam ötürə bilmir. O, bu fikri belə izah edib:
“Mənə həmişə deyirlər ki, ingiliscə oxu və Avroviziyaya get. Mən deyirəm ki, mən ingiliscə necə oxuyum? Mən mahnının sözlərini başa düşməsəm, onu insanlara çatdıra bilmirəm.”
Bu sözlərə cavab olaraq Eldar Qasımov Röyaya zarafatla “Mən sənə bunların hamısını öyrədərəm!” – deyib. Röya isə gülümsəyərək “Yox, adə” cavabını verib.
Qeyd edək ki, bu, Röya Ayxanın Avroviziya ilə bağlı verdiyi ilk bəyanat deyil. O, müsabiqənin əvvəlki buraxılışlarında da Avroviziya mövzusuna toxunmuş, orada iştirak edən ifaçılar haqqında fikirlərini bildirmiş və illər ərzində bu barədə müxtəlif açıqlamalar vermişdir.
Nəzərinizə çatdıraq ki, “Səs Azərbaycan 2025” vokal müsabiqəsinin üçüncü sezonu fevral ayında İctimai Televiziyada yayımlanmağa başlamışdır. Müsabiqədə ustadlar arasında Murad Arif, Zülfiyyə Xanbabayeva, Eldar Qasımov və Röya Ayxan yer alır. Həmçinin 2021-dən bu yana bununla artıq 3-cü dəfədir ki, Avroviziya təmsilçimiz “Səs” müsabiqəsindən çıxır. Daha öncə Nadir Rüstəmli və İlkin Dövlətov müsabiqənin final mərhələsinə yüksələ bilmişdi. Eləcə də, Uşaq Avroviziya 2021 təmsilçimiz “Səs uşaqlar” müsabiqəsinin ikincisi Sona Əzizova olmuşdur. İndi isə növbə, “Mamagama”-nın solisti Səfael Mişiyevdədir.
sitesinden daha fazla şey keşfedin
Subscribe to get the latest posts sent to your email.






